Hakim partiyada çaxnaşma var “MƏNİM ADDIMIM” NARAZIDIR

Hakim partiyada çaxnaşma var “MƏNİM ADDIMIM” NARAZIDIR

“Mənim addımım” fraksiyasında çaxnaşma var və parlament seçkilərindən sonra liderlərdən heç biri fraksiya üzvləri ilə görüşməyib və bundan sonrakı addımları müzakirə etməyib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.

Nəşrin müəlliflərinə görə, deputatlar vəziyyətdən narazıdırlar, çünki bir çoxları mətbuatdan mümkün kadr dəyişiklikləri haqqında məlumat əldə edirlər.

“Məsələn, fraksiya, bir çoxu ilə qarşıdurması olan keçmiş Səhiyyə Naziri Arsen Torosyanın gələcək “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri təyin edilməsinə qarşıdır. Eyni fikirlərdən irəli gələrək hakim partiya nümayəndələri Arpi Davoyanın namizədliyi ilə də razılaşmırlar. Ayk Konjoryana gəldikdə, o, etibarsız sayılır.

Bir sözlə, ətrafında birləşmək mümkün olan heç bir namizəd tapılmayıb. Hər kəs hövsələsini toplayıb Nikol Paşinyanın onlarla görüşməsini gözləyir. Kadr məsələləri müstəsna olaraq, "Vətəndaş müqaviləsi"-də mümkün olan ən dar dairədə müzakirə olunur", deyə nəşr yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə