Abdullah Öcalanın erməni din adamı ilə rəsmləri meydana çıxıb - FOTO

Abdullah Öcalanın erməni din adamı ilə rəsmləri meydana çıxıb - FOTO

Ömürlük həbs cəzası çəkən separatçı PKK terror təşkilatının başçısı Abdullah Öcalanın erməni din adamı ilə yeni rəsmləri meydana çıxıb. SİA-nın xəbərinə görə, şəkilləri Türkiyənin "YeniAkit" qəzeti dərc edib. Belə ki, dərc olunan birinci şəkildə aydın formada terror təşkilatının başçısı Abdullah Öcalanın yanında erməni din adamı dayanıb. Həmçinin digər şəkillərdə özlərini müsəlman adlandıran terror təşkilatının üzvləri donuz əti yeyir. Xüsusən də terrorçulardan birinin xristian dininə məxsus olan ikonaların yanında şəkil çəkdirməsi diqqət mərkəzində olub.

Daha sonra qəzet Ocalanın Roma Papasına ünvanladığı məktubu dərc edib: "Müqəddəs ata mən daha çox xristianlığa özümə yaxın hesab edirəm. Mənim sizə və şəxsiyyətinizə olan rəğbətim apardığım müharibənin qayəsini təşkil edir".

\"\"

\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə