ABŞ əlavə yardım şəklində öldürücü silahların alınması üçün Kiyevə 100 milyon dollar verilməsini dayandırıb, ancaq bunun mütəmadi hərbi yardımla heç bir əlaqəsi yoxdur. SİA xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba söyləyib.
Qeyd edək ki, bir qədər əvvəl “Politico” nəşri, Rusiyanın hərbi təlimləri fonunda, ABŞ-ın Ukraynaya 100 milyon dollar əlavə yardım verməyə hazırlaşdığını, ancaq ABŞ-Rusiya sammiti ərəfəsində bundan imtina etdiyini yazıb. Ağ Ev, Ukraynaya hərbi yardımın dayandırılması xəbərlərini "cəfəngiyat" adlandırıb.
“Bu paket, yəni ABŞ-dan 100 milyon dollar dəyərində təchiz edilməli olan ölümcül silah hadisələrin daha da pisləşməsi halı üçün nəzərdə tutulan ehtiyat plan idi. Ancaq burada cavabsız bir sual var ki, sabah müharibə olarsa nə olacaq? ABŞ-dan 100 milyon dollar almaq kifayət deyil, bu ehtiyat paket hələ də həyata keçirilməlidir. Bu halda gecikməmək üçün satın alınmalı, çatdırılmalı, əsgərlərə təslim edilməlidir. Bu məni narahat edir", deyə Kuleba cümə axşamı yayımlanan LIGA.net onlayn nəşrinə bir müsahibəsində deyib.
Qeyd edək ki, 2014-cü ildən bu yana ABŞ Ukraynaya təxminən 2,5 milyard dollar məbləğində hərbi dəstək verib. Ukrayna və Qərb dövlətləri son zamanlar Rusiyanın Ukraynada "təcavüzkar hərəkətləri"-nin intensivləşməsindən narahatlıqlarını ifadə ediblər. Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov, Rusiyanın qoşunlarını öz ərazisi daxilində və öz mülahizəsinə görə hərəkət etdirdiyini söyləyib. Onun sözlərinə görə, bu heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir. Eyni zamanda, aprel ayının ikinci yarısında, Rusiya Müdafiə Nazirliyi, ölkənin cənubunda və qərbində sürpriz bir yoxlamada iştirak edən rus qoşunlarının bölmələrinə geri dönməyə başladığını bildirib. Rusiya Müdafiə naziri Sergey Şoyqu təlimlərdə iştirak edən qoşunların 1 maya qədər daimi yerləşdirmə yerlərinə qaytarılmasını əmr edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB