“Erməni təbliğat maşını adekvat qarşılanmır” POLİTOLOQ MARAQLI MƏQAMLARA TOXUNDU
Biz müxtəlif erməni siyasətbazlarının, bir sıra müxalifətli, iqtidarlı siyasətçilərin yenə də Qarabağda və Ermənistanda yaşayan erməniləri aldatdıqlarının şahidiyik. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Bakı” Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib.
Klub sədrinin sözlərinə görə, elə bu günlərdə Araik Arutyunyanın da Qarabağın tanınmasının vacibliyi ilə bağlı çıxışı da onu göstərir ki, bu şəxslər abır və həyanı itirərək, reallıqdan uzaq çıxışlar edərək, təbii ki, öz şəxsi kreslolarını, hakimiyyətlərini qorumaq üçün ən çirkin oyunlara belə hazırdırlar.
“Bu günlərdə “Open Armenia” təşkilatının Dağlıq Qarabağdakı rus sülhməramlılarının məsuliyyəti, nəzarəti altında olan ərazilərdə apardığı sorğu da onu göstərmiş oldu ki, artıq oradakı, Xankəndidəki və qonşu rayonlardakı ermənilər Araik Arutyunyan, Robert Koçaryan və digərləri kimi siyasətbazların çıxışlarına inanmır və rəyi soruşulanların yarısından çoxu bölgəni tərk etmək niyyətində olduqlarını qeyd etmişlər və biz də çox gözəl bilirik ki, pandemiya bitər-bitməz onların çox hissəsi Rusiyaya, Qazaxıstana, Gürcüstana, Ukraynaya, ABŞ-a və digər ölkələrə köçməyi planlaşdırırlar.
Eyni zamanda, təsadüfi deyil ki, rəyi soruşulanların yarısından çoxu Qarabağın gələcəyini heç də, belə deyək, araik arutyunyanların və robert koçaryanların dedikləri ilə düz gəlmədiyini, Qarabağın gələcəyini məhz elə Azərbaycanın tərkibində gördüklərini açıqlayıblar. Bu, artıq o deməkdir ki, erməni təbliğat maşını Ermənistanın daxilində, hətta erməni diasporunun, erməni icmasının, erməni qruplarının çoxluq təşkil etdiyi bölgələrdə belə adekvat qarşılanmır. Hər kəs bilir ki, Azərbaycanın dedikləri bir-bir yerinə yetiriləcək və Paşinyan hakimiyyəti indiki halda, ilk növbədə, sərhədlərin delimitasiyası və demarkasiyası ilə məşğul olmalıdır və gələcək illərdə isə sülh müqaviləsi imzalanması əsas hədəf kimi olmalıdır. Əgər Ermənistan hakimiyyəti bütün bunları etməzsə, o zaman Ermənistan dövlətçiliyi ciddi şəkildə sual altında qalacaqdır və ətrafında olan 150 milyonluq türkün təbii ki, daxilində demək olar ki, yerləşən ermənilər ya bizim dedyimizi edəcəklər, ya da öz dövlətçiliklərini itirmək qarşısında qalacaqlar”, deyə politoloq Zaur Məmmədov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB