Daşnak ruhlu Vətən xaininin növbəti “siyasi məhbus” reketçiliyi

Daşnak ruhlu Vətən xaininin növbəti “siyasi məhbus” reketçiliyi

Və ya qrant girovuna çevrilən Arif-Leyla Yunuslar 44 gün ərzində ermənilər dinc əhalimizi qətlə yetirməsilə bağlı niyə siyahı tutmurdular?

Xaricdə yaşayan qrant girovuna çevrilən Arif-Leyla Yunuslar yenə köhnə fəaliyyətlərini bərpa edərək sosial şəbəkələrdən düşmürlər. Ancaq anlamırlar Arif Yunus, Leyla Yunus və qrant girovuna çevrilənlər “Sülh və Demokratiya İnstitutu” adı altında “radikal müxalifət”, “Milli Şura” cızığını çoxdan keçib. Onlar erməni fondları, Marşal Fondu, Soros Fondu və sair kimi donorlar vasitəsilə xarici dillərdə anti-Azərbaycan təbliğatı ilə məşğuldur.

“Azərbaycan siyasi məhbuslarına azadlıq uğrunda” İttifaq adlı yönü bilinməyən bir təşkilat, guya ölkəmizdə 146 nəfər “siyasi məhbusun” olduğuna dair məlumat yayıb. Maraqlıdır ki, Leyla Yunus tərəfindən tərtib edilən siyahıda rüşvətə, reketçiliyə görə həbs edilənlərdən tutmuş koronavirus infeksiyasını qəsdən yaymaqda ittiham olunanlara qədər var. Görünən budur ki, L.Yunus yenə də qərəzli əməllərindən geri qalmır. Leyla Yunusun bu siyahını hansı zamanda yaydığı da maraqlıdır. Niyə ölkəmiz 44 günlük müharibə ərzində ermənilər dinc əhalimizi qətlə yetirməsilə bağlı siyahı tutmurdu? Çünki bir kəsdə ki, Vətən sevgisi yoxdur, ondan hər şey gözləmək olar. Daim xarici anti-Azərbaycan qüvvələrin maliyyələşdirdiyi layihələrin icrası ilə yalançı “siyasi məhbus” siyahıları hazırlayaraq, dövlətin beynəlxalq nüfuzuna kölgə salmaq bu satqınların qanındadır. Və bununla “siyasi məhbus” alverçisinin, guya Azərbaycan xalqına canıyananlıq etmək cəhdləri riyakarlıqdan, satqınlıqdan başqa bir şey deyildir və təpədən-dırnağadək daşnak ruhuna xas, “siyasi məhbus” alverçisi Leyla-Arif Yunuslar, eyni ilə Xədicə İsmayılov, Rauf Mirqədimov kimilər satılıb və satmaqa adət ediblər. Və bu gün həyasızcasına Leyla Yunus “bizim adımızı tarixdən silmək mümkün olmayacaq” tipli bəyanatlar verməklə anlamır ki, onların adları Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq. Ona görə ki, bu "tarix" yalnız şərdən, böhtandan, xəyanətdən və cəmiyyətə vurulmuş qara ləkədən ibarətdir. Bax, budur Leyla-Arif yunusların xisləti, riyakarlığı, erməniliyi.

Göründüyü kimi, həyasızlığı ilə özünü gündəmdə saxlayan, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən, Azərbaycan dövlətinin humanistlik göstərərək azadlığa buraxdığı "siyasi məhbus" alverçisi Leyla və Arif Yunusların bu gün Azərbaycana qarşı hər cür böhtanlarına dəstək olması onlar üçün "göydəndüşmədir". Və bir məqamı da untmampaq lazımdır ki, şərəfini, ləyaqətini maddiyyətə satan, ermənilərlə iş birliyini gizlətməyən bu o L.Yunusdur ki, Yunus-Barseqyanın milli mənsubiyyətini bildirən pasportunda «azərbaycanlı» yazılsa da, bu erməni «gəlini» təpədən-dırnağadək daşnak ruhuna xas Vətən xaini olduğunu sübut edən dəlillərdən yayınmağa çalışsa da, fakt faktlığında qalır.

Çünki L.Yunus üçün yalnız bir hədəf var - hansı yolla olursa-olsun, yalan-palan, böhtan, təki hakimiyyətə qarşı fəaliyyət göstərsin, dövlətin beynəlxalq aləmdə mövqeyinə zərbə vursun. Vətən müharibəsində qalib gəlmiş, torpaqlarını işğaldan azad etmiş, müxtəlif xarici təzyiqlərlə üzbəüz qalmış ölkənin «hüquq müdafiəçisi» özünü belə aparmamalıdır. Görə bilsəydi Gəncəyə, Bərdəyə, Tərtərə və digər ərazilərimizə qarşı terror edən ermənilərlə bağlı Avropa təşkilatlarına yazardı, qərəzli qətnamələr çıxaran Niderland, Belçika, Lüksemburq, Fransa parlamentlərinə etirazını bildirərdi, amma bu həqiqətləri görməzdən gələn ahıl qadın hikkəsini boğa bilmir.

Novella Cəfəroğlu: “Leyla Yunus heç zaman nə Azərbaycanı, nə xalqı sevib”

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, ölkənin ən stajlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Leyla Yunus heç zaman nə Azərbaycanı, nə xalqı sevmədiyini deyib: “Onu əvvəldən yaxşı tanıyırsınız. Hüquq müdafiəçiliyi onun üçün insanlara kömək yox, pul qazanmaq vasitəsidir. Onun bir amalı var ki, pul qazansın. İndi görünür, yenə pulları qurtarıb, təzə siyahı tutur. Yəqin həbsdə olan rüşvətxorlar ona pul verib, adlarını siyahıya saldırırlar. Bu, Leyla Yunusun köhnə xasiyyətidir. O, Bakıda olanda da köhnə siyahıları tərtib edirdi. Artıq bu ermənidən pis erməni olmağını sübut edir».

Göründüyü kimi, Leyla Yunus riyakarlığı nə qədər güclüdür ki, həqiqətləri görə bilmir. Leyla Yunus sosial şəbəkələrdən deyir ki, “bizim adımızı tarixdən silmək mümkün olmayacaq”. Ancaq anlamır ki, sizin kimi satqın ünsürləri xalq çoxdan silib və tarixin zibilxanasına da atıb. Yunus sosial şəbəkələrdə çıxışlar edərək “Azərbaycanda “siyasi məhbus” olduğunu, guya onların müdafiəsinə qalxdığını deyir. O zaman 44 gün ərzində ermənilər dinc əhalimizi qətlə yetirilərkən L. Yunus həmin hadisələrlə bağlı niyə siyahı tutmurdu? Çünki əməllərin riyakar, qərəzlidir və bundan da əl çəkə bilmirsən. Leyla Yunus kimilərə ölkəmizə qarşı sosial şəbəkələrdə etdiyi qərəzli çıxışlarına qətiyyən yol verilməməli, dövlətimizə, xalqımıza xəyanət edənlər ən sərt şəkildə cəzalandırılmalıdır. Çünki Leyla Yunus üçün əsas «pul qazanmaqdır». Məhz bu səbəbdən də yenə də başlayıb «siyasi məhbus» reketçiliyinə və elə tərtib etdiyi siyahıda da rüşvətə, reketçiliyə görə həbs edilənlərdən tutmuş koronavirus infeksiyasını qəsdən yaymaqda ittiham olunanlara qədər var. Budur, Leyla Yunusun erməniliyi. Başqa cür də ola bilməz. Çünki illərdən bəri «demokratiya, insan hüququ» desə də, demokratiyanın nə olduğunu hələ də anlamayan Leyla Yunus üçün Vətən məfhumu yoxdur. Onun hikkəsi, qisasçılıq hissləri aman vermir ki, ədalətli olsun. Ona görə ildə azı iki dəfə kimsə tapmayanda terrorçuları, vətənə xəyanətdə ittiham edilənləri siyahısına salaraq onların işində siyasi motiv eşələyir. Və belə qərəzləri yaradan məxluqlar, özləri insanlıqdan kənar olan, mənşələri bilinməyən satqınlara artıq qətiyyən yol verilməməli, dövlətimizə, xalqımıza xəyanət edənlər ən sərt şəkildə cəzalandırılmalıdırlar!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə