"Azərbaycanı tam fərqli rakursda qəbul edirlər" - HƏRBİ EKSPERT AÇIQLADI

"Azərbaycanı tam fərqli rakursda qəbul edirlər" - HƏRBİ EKSPERT AÇIQLADI

"Azərbaycan Ordusunda çox böyük inkişaf var, çox böyük dəyişiklik var. Azərbaycan Ordusu günü-gündən qüvvətlənir, günü-gündən öz döyüş qabiliyyətini artırır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Hərbi ekspert sözlərinə davam edərək qeyd edib ki, dünən “Mustafa Kamal Atatürk-2021” adlı Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayıb: “Bu təlimlər 600 nəfər heyətin iştirakı ilə Azərbaycanda keçirilir. Eyni zamanda qardaş Türkiyədə “Anadolu Qartalı-2021” təlimləri də davam edir. Güclü ordumuz varsa, deməli biz regionda, dünyada güc sahibiyik. Zatən artıq Azərbaycanı tam fərqli rakursda qəbul edirlər. Ordumuz da həm öz bacarığı ilə, həm də ortaya qoyduğu nəticələrlə bu reytinqi bir qədər də yüksəltdi”.

Üzeyir Cəfərov həmçinin qeyd edib ki, Azərbaycan 44 günlük müharibədə 21-ci əsrin tələblərinə uyğun olaraq, döyüş nümunəsi sərgilədi: “Biz ordumuzla fəxr edirik, biz ordumuzla qürur duyuruq. Ordu mürəkkəb bir mexanizmdir. Silahlı Qüvvələrin bütün sahəsində Azərbaycan Ordusunda inkişaf gedir. Sözsüz ki, iş olan yerdə nöqsanlar da var. Bu bütün dünya ordularında belədir. Əsgərlərimiz hava şəraitindən asılı olmayaraq onlar vətən qarşısında öz borclarını şərəflə yerinə yetirirlər”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə