“Ermənistan ordusu ləğv edilir” - ŞURA SƏDRİ İZAH ETDİ

“Ermənistan ordusu ləğv edilir” - ŞURA SƏDRİ İZAH ETDİ

“Cənab Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi Ermənistan ordusu qalmayıb. Erməni ordusunun 70 faizi 44 günlük Vətən müharibəsi dövründə tamamilə darmadağın edilib. Bu gün Ermənistan ordusu adında bir ordu yoxdur. Ancaq tör-töküntülər və onun qalıqları qalıb”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, əgər Ermənistanın ordusu yoxdursa, onlar nəyi ləğv edirlər, bu maraqlıdır? Yəqin ki, həmin o tör-töküntünün qalığının ləğvindən söhbət gedir: “İndi ermənilər hərbi polis yaradırlar, çünki onlar ordu yaratmaq iqtidarında deyillər. Erməni ordusu 44 günlük şanlı Vətən müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Yəni dəmir yumruq özünü göstərdi və Ermənistan ordusu darmadağın edildi. Azərbaycan öz torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi. Bütün dünya bir daha Azərbaycan dövlətinin gücünü gördü. Hazırda Ermənistanın iqtisadiyyatı çox bərbad bir vəziyyətdədir, erməni xalqı ac səfalət günündədir. Əhali ölkəni tamamilə tərk edib gedir. Bir sözlə, Ermənistanın iqtisadiyyatı dağılıb, ordusu isə yoxdur. Bu baxımdan olmayan bir şey necə ləğv oluna bilər?”

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə