İttiham tərəfi Konstitusiya Məhkəməsinin Ermənistanın keçmiş prezidenti Robert Kaçaryanın işi ilə bağlı məlum qərarı pozduğunu bildirib
Ermənistanın keçmiş prezidenti Robert Koçaryana qarşı yeni ittiham irəli sürülə bilər. SİA erməni mediasına istinadən xəbər verir ki, prokuror Gevorq Bağdasaryan belə bir ehtimalı istisna etməyib.
Mart ayının sonunda Konstitusiya Məhkəməsi keçmiş prezident və bir sıra digər keçmiş məmurların əvvəllər ittiham olunduğu "konstitusiya quruluşunu devirmək" maddəsini konstitusiyaya zidd elan etdi. Bu əsasda, ümumi məhkəmə prosesi bu maddəyə əsasən cinayət təqibinə xitam vermiş, daha sonra prokurorluq qərardan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdi. Eyni zamanda, Baş Prokuror Artur Davtyan bu qərarın ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi.
Bağdasaryanın jurnalistlərə verdiyi məlumata görə, prokurorluq Konstitusiya Məhkəməsinin Koçaryanın günahlandırıldığı maddənin konstitusiyaya zidd olduğu haqda qəbul etdiyi qərarının pozuntularla qəbul edildiyini düşünür.
Əvvəla, Konstitusiya Məhkəməsinin iclası cavabdehlərin - Koçaryan və başqalarının iştirakı olmadan keçirilib, halbuki, qanunla, onların iştirakı məcburidir.
İkincisi, maddənin konstitusiyaya zidd olması, cinayət tərkibinin olmaması demək deyil.
Üçüncüsü, Cinayət Prosessual Məcəlləsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət təqibinə xitam verilərkən tətbiq olunan normalar Konstitusiyaya ziddir.
Dövlət ittihamçısı indi Konstitusiya Məhkəməsinin Koçaryanın yenidən ittiham edilməsinə icazə verən bir qərar verəcəyinə ümid edir.
Xatırladaq ki, Ermənistanın Xüsusi İstintaq Xidməti, 1 mart 2008-ci il tarixindəki etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində 26 iyul 2018-ci il tarixdə 2-ci prezidentə qarşı konstitusiya quruluşunu devirmək ittihamı irəli sürüb. Koçaryan bu işi uydurma hesab edir və siyasi təzyiqə məruz qaldığını iddia edir.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB