Oleq Kuznetsov: “Ölkə öz kompleksindən çıxa bilməzsə, onun gələcəyi olmayacaq”
İstər seçkilərdən əvvəl, istərsə də sonra Ermənistanın qarşısında üç qlobal problem dayanır və bu problemləri həll etmək yeni seçilmiş hökumətin üzərinə düşür ki, onu da gec, ya da tez parlament təsdiq edəcək. SİA xəbər verir ki, Rusiyanın siyasi analitiki və tarixçisi, professor Oleq Kuznetsovun sözlərini “Kavkazskoye byüro” kanalı yayımlayıb.
“Birincisi, Qarabağdan imtina və bu torpaqları Azərbaycanın ərazisi kimi tanımaqdır, ikincisi, sülh razılaşmasının tələbləri əsasında Azərbaycanla dövlət sərhədlərinin demarkasiyasıdır, üçüncüsü isə Zəngəzur dəhlizinin açılmasıdır”, deyən rusiyalı siyasətçi qeyd edib ki, bu gün həmin problemlərin hansının birinci həll olunması əhəmiyyət daşımır, birincisi, ikincisi, ya da üçüncüsü, əsas məsələ budur ki, ölkə öz kompleksindən çıxa bilməzsə, onun gələcəyi olmayacaq.
Professor bildirib ki, əks halda Ermənistanı gələcəyi olmayan çoxsaylı problemlər gözləyəcək: “Bütün hallarda bu ölkənin hakimiyyəti və ya xalqı iki seçim qarşısındadır, ya ambisiyalar, ya da inkişaflı gələcək. Bu seçim isə müstəqil şəkildə edilməlidir”.
“Makron beynəlxalq vəziyyətin reallığını dərk etməyən təlxək kimi görünəcək”
Siyasi analitik daha bir fakta da toxunaraq bildirib ki, Ermənistan hələ də artıq mövcud olmayan “Dağlıq Qarabağ münaqişəsindən” danışır və bu addımı ilə yanlış mövqe nümayiş etdirir: “Bu, görünüşcə daxili auditoriyaya hesablanmış addım kimi qiymətləndirilə bilər ki, onun da arxasında ictimai rəy arasında nüfuz qazanmaq marağı dayanır. Həmçinin, Ermənistan rəhbərliyi bu kimi fəaliyyəti ilə Fransanın prezidenti Makronun əlinə oynamağa çalışır. Belə ki, gələn il Fransada növbəti prezident seçkiləri olacaq və bir milyonluq erməni diasporunun səsi ona hava-su kimi lazımdır. Əgər Ermənistan bəyan etsə ki, artıq Ermənistanla Azərbaycan arasında münaqişə yoxdur, bu zaman Makron beynəlxalq vəziyyətin reallığını dərk etməyən təlxək kimi görünəcək və onun onsuz da aşağı olan elektoral reytinqinə zərbə dəyəcək”, Kuznetsov bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB