Yaxud, “Avropa dəyərləri” belə davam edərsə...
“Biz macarları diz üstünə qoyacağıq”. Bu sözləri Niderlandın (Hollandiya) baş naziri Mark Ryütte Macarıstanda LGBT-yə qarşı qəbul edilən sərt qanunlara etirazını bildirərkən deyib. Onun sözlərinə görə, Macarıstan Avropa İttifaqının dəyərlərini bölüşməlidir.


Mark Ryütte
Əslində, avropalı yüksək rütbəli siyasətçilər və dövlət adamları məhz öz müttəfiqlərinə qarşı belə bir ifadələr sərgiləməklə, davranışlar nümayiş etdirməklə çalışırlar ki, onların LGBT-yə qarşı fikirlərini, sərt qanunlarını dəyişdirsinlər.

Viktor Orban
Xatlrladaq ki, Macarıstanın dövlət başçısı Viktor Orban hələ may ayında hakim FİDES (Macar Vətəndaş İttifaqı) partiyasının təşəbbüsü və yekdil qərarı ilə qanunvericilikdə dəyişikliklər edərək, transgenderlərin cinsiyyətlərini dəyişməsi haqqında qanunu ləğv ediblər.
Bütöv bir xalqı hədəfə almaq “Avropa dəyəridir”?
Və maraqlıdır ki, yuxarıda qeyd edilən fikri də məhz Niderlandın dövlət adamı irəli sürüb, üstəlik, hədə-qorxu dili ilə danışıb, daha dəqiq desək, ölkə rəhbərliyini də deyil, birbaşa bütöv bir xalqı (!) hədəfə alaraq LGBT-yə qarşı çıxdıqlarına görə macarları diz çökdürəcəyini bildirib.
Beləliklə, Avropa “dəyərlərinin” təkcə bu mübahisə üzərində deyil, digər məsələlərdə də çərçivədən çıxmasını elə Azərbaycana yönəlik məsələlərdə də hiss etməmək mümkün deyil. “Demokratik ittifaqın” təmsilçisi olan holland baş nazir iddia edir ki, Macarıstan xalqının böyük kəsiminin LGBT-nin rəsmiləşdirilməsinə “yox” demələri doğru deyilmiş, amma onun bir xalqa qarşı hədə-qorxu dili ilə danışması “Avropa dəyərlərinin” bir hissəsi kimi qəbul edilməliymiş (?!).

Yəni bir daha diqqət edək, holland baş nazir Mark Ryütte heç də macarların dövlət başçısı Orbana, onun apardığı siyasətə qarşı fikir söyləmir, bütöv macar xalqını diz çökdürəcəyini bəyan edir. Maraqlıdır, bəs bunu hansı “dəyərlərə” yazaq? Əgər bir xalq, hətta Aİ-nin siyasətinə müttəfiqlik edirsə, lakin müəyyən qanunlarını, tövsiyələrini rədd edirsə, həmin xalqı dərhal diz çökdürməkmi lazımdır? Hətta belə deə ehtimal etmək mümkündür ki, Aİ dəyərlərinin altından faşizm işartıları görünməyə başlayır...
Azərbaycan nəinki ümumavropa, bütövlükdə bəşəri dəyərləri icra edir!
Yaxud, gəlin bu məsələyə öz tərəfimizdən, yəni Azərbaycanın yanaşmasından baxaq və əslində, Ryüttenin sərt bəyanatına bizə müqabil olan cinahdan münasibət bildirək. Misal üçün, əgər Azərbaycan rəhbərliyi 44 günlük müharibədən sonrakı fəaliyyətində Ermənistanı sülhə, mehriban qonşuluğa məcbur edirsə, bu zaman başqa hay-haray salan Avropa ölkələrini demirik, elə məhz Niderlandı nəzərdə tutaraq qeyd edə bilərik ki, ölkəmizinm bu addımı bilavasitə ümumavropa davranışları normasını, yaxud tələbini ehtiva edir.

Xüsusilə, Niderlandın baş naziri, eyni zamanda parlamenti kənara çəkilməli, onlara aidiyyatı olmayan məsələlərə görə günaşırı anti Azərbaycan xarakterli bəyanatlar yaymamalıdırlar. Çünki Azərbaycan nəinki ümumavropa, bütövlükdə bəşəri dəyərləri icra edir və sülhə məcburetmə siyasəti apararaq mövcud olduğu regionun çiçəklənməsinə, inkişaf və tərəqqisinə nail olmağa çalışır.
Dost macar xalqına isə səbr və təmkin arzu edirəm
Macarlar da öz milli xüsusiyyətlərindən çıxış edərək, əslində cinsi azlıq siyasətinin onlara xas olmadığını bəyan edirlər. Əlbəttə ki, holland baş nazirin LGBT-yə, o cümlədən LGBTsevər Ermənistan hakimiyyətinə yönəlik həssas sevgisindən fərqli olaraq...

Dost macar xalqına isə səbr və təmkin arzu edirəm. Ona görə ki, onlar ilk dəfə deyil bu cür “Avropa dəyərlərinə” görə Ryüttekimilərinin anlamsız, kobud, qeyri-peşəkar və sərsəm bəyanatları ilə qarşılaşırlar. Və bəlkə də, Avropa İttifaqının “dəyərləri” onun fəaliyyət prisniplərini də dəyərsizləşdirir və belə davam edərsə...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB