Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində mayın 31-də Nyu-Yorkda BMT-nin Baş Qərargahında baş katib Pan Gi Munla görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Pan Gi Mun BMT ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluğunu bildirib.
E. Məmmədyarov öncə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Daha sonra o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında baş katibə ətraflı məlumat verib.
Pan Gi Mun münaqişənin sülh yolu ilə tezliklə həllinə ehtiyacın olduğunu qeyd edib, bu istiqamətdə nəticələri gözlədiyini bildirib. E. Məmmədyarov BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB