ANAMA əməkdaşlarına təlim keçirilib - FOTO

ANAMA əməkdaşlarına təlim keçirilib - FOTO

UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva tərəfindən ANAMA ekspertləri üçün “Kommunikasiya kanallarının transformasiyası, yeni çağın informasiya istehlakçısı və müasir trendlərə uyğunlaşan mətbuat xidməti” mövzusunda brifinq keçirilib. ANAMA-nın Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dövlətin Strateji kursuna və prioritetlərinə əsasən ANAMA tərəfindən icra edilən əməliyyatlar haqqında təqdim olunan məlumatların sosial şəbəkələr vasitəsilə daha geniş auditoriyaya çatdırılması, effektiv media alətləri və onların tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Minatəmizləmə fəaliyyəti çərçivəsində davamlı ictimai maarifləndirmə işlərinin əsaslı şəkildə icrasının vacibliyibildirilib. KİV-lərlə kommunikasiyanın qurulması, qarşılıqlı əməkdaşlıq və zamana uyğun düzgün istiqamətlərin təyin edilməsi sahəsində zəruri bilik və bacarıqlar barədəANAMA ekspertlərinə məlumat verilib.

Qurumun daxili və xarici əlaqələrinin inkişafı ANAMA-nın bügünki maraqlarına və həyata keçirdiyi fəaliyyətə uyğun icra edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə