"Paşinyanın qələbəsində Rusiya faktoru böyük rol oynayır" - POLİTOLOQ ŞƏRH ETDİ
“Sözsüz ki, müharibəni uduzmasına baxmayaraq, Paşinyanın növbədənkənar parlament seçkilərində qalib gəlməsi artıq onun və tərəfdarlarının təkbaşına yeni hökumət formalaşdırmasına şərait yaratdı. Paşinyanın xalqdan seçkilər zamanı mandat alması onu göstərir ki, hakimiyyətdə Paşinyan üçün yeni bir dövr başlayır. Paşinyan həmin o etimad mandatını doğrultmağa çalışmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov deyib.
Onun sözlərinə görə, 2018-ci ildə Paşinyan və onun tərəfdarları bir blok idi: “İndi isə bir partiyadır. Paşinyan əgər insanların sosial rifahını birbaşa yaxşılaşdırmaq istəyirsə, Paşinyanın 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməkdən başqa yolu qalmır. Yəni mütləq o bunu etməlidir. Yalnız bu yolla Ermənistanı təcrid olma siyasətindən çıxartmaq olar. Təsadüfi deyil ki, məhz Ermənistandakı seçkilərin nəticələrindən sonra Rusiya prezidenti 10 noyabr bəyannaməsində Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə bərabər imzasını atmış Rusiya prezidenti Vladimir Putin Qarabağ bölgəsindəki indiki vəziyyəti ilk öncə Azərbaycan Prezidenti ilə, daha sonra Türkiyə Prezidenti ilə müzakirə etdi. Düşünürəm ki, Ermənistandakı seçkilərdə, həm Paşinyanın qələbəsində, həm də Köçəryanın ikinci mövqeyə çıxmasında Rusiya faktoru böyük rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB