“Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan edib” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Ermənistanda keçirilən seçkilərdə Paşinyanın qalib elan olunmasından sonra müxalifətin bu nəticələr ilə razılaşmaq istəməməsi normal bir haldır. Çünki dünyanın bir çox ölkələrində müxalifət seçkilərin nəticələrini qəbul etmir və razılaşmır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ermənistanda keçirilən seçkilərin nəticələrini bəyənməyən əsasən Dağlıq Qarabağdan olan klanın üzvləridir: “Sözügedən qüvvələr meydanı qızışdırmağa çalışırlar. Onların nəyəsə nail olacağını güman etmirəm. Artıq Paşinyan hər şeyi əlinə toplayıb ciddi nəzarət edir. Yəni Paşinyan bir sıra ciddi addımlar atacaq. Yəni Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atacaq. Paşinyanın ətrafı belə hesab edir ki, sentyabr ayına qədər Azərbaycanla sərhədlərin delimitasiyası, mübahisəli məsələlərin çözülməsi, kommunikasiya vasitələrinin açılması həyata keçirilək. Eyni zamanda mina xəritələrinin verilməsi və mühakiməsi gedən diversantlarında Ermənistana qaytarılması nəticəsində münasibətlər istiləşə bilər. Həm Azərbaycan, həm də Türkiyə Ermənistanın özünün necə aparmasından asılı olaraq blokadanı götürmək məqsədi ilə addımlar ata bilərik. Bu yalnız Mehri dəhlizi açıldıqdan sonra olacaq. Amma bu proseslərin hamısını həyata keçirmək üçün Paşinyan tələsməlidir və çox ciddi qərarlar verməlidir. Zənnimcə, Paşinyan bu cür qərarları verməyə və Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan edib. Bu da münasibətlərdə ciddi dəyişikliklər yarada bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB