"Türkiyə və Azərbaycan bir-birinə möhkəm bağlarla bağlıdır" - DEPUTAT FAKTLARA TOXUNDU
"Tarix boyu dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edib. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri günü-gündən daim möhkəmlənir. İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu hər zaman yüksək qiymətləndirib, tarixə qızıl hərflərlə yazılmalıdır. 44 gün müddətində qardaş Türkiyə həmişə olduğundan daha çox Azərbaycanın yanında oldu və bunu bütün tribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Tarixi qələbə paradında hər iki ölkənin prezidenti bir daha bu münasibətlərin bundan sonra daha sıx, daha şaxəli olacağının mesajını verdi. Türkiyə Qarabağda bütün meqalayihələrin icrasının əsas iştirakçısı olacaq. Bunlar böyük mərhələnin başlanğıcıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.
Onun sözlərinə görə, atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirirlər.Türkiyə və Azərbaycan bir-birinə möhkəm bağlarla bağlıdır. Bizim bu günkü münasibətlərimizi soykökümüz, tariximiz, dilimiz, dəyərlərimiz formalaşdırıb. Onun zədələnməsi, qırılması mümkün deyil".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB