Koronavirusa qarşı mübarizədə vaksinasiya qaçılmaz zərurətdir ŞƏRH

Bütün dünya üçün təhlükəli virusa çevrilən COVID-19 pandemiyası ilə mübarizə hələ də davam etməkdərir. Azərbaycanda da koronavirus pandemiyası ilə mübarizə məqsədi ilə qabaqlayıcı tədbirlər görülür. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusun yayılmasınının 2020-ci il martın 11-də pandemiya elan edilməsindən sonra respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması yönündə effektiv tədbirlər həyata keçirilir. Bildiyimiz kimi, Azərbaycanda COVID-19 koronavirus infeksiyasına ölkədə ilk yoluxma hadisəsi 2020-ci il fevralın 28-də qeydə almışdı. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atılıb. Belə ki, ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiq edilib. 2020-ci il 27 fevral tarixində isə koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan dünyada pandemiya qurbanlarının sayına görə sonuncu yerlərdən birində qərarlaşır.

ÖLKƏMİZDƏ ƏHALİYƏ KORONAVİRUSA QARŞI 3 MİLYON DOZADAN ÇOX VAKSİN VURULUB

Bu günün reallığı onu deməyə əsas verir ki, koronavirusa qalib gəlməyin yeganə yolu vaksinasiya olunmaqdır. Bu gün artıq Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə əhali koronavirusa qarşı peyvənd olunur. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Azərbaycan Cənubi Qafqazda isə ilk olaraq vaksinasiya işlərinə start vermiş ölkədir. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Artıq bu gün ölkəmizdə əhaliyə koronavirusa qarşı 3 milyon dozadan çox vaksin vurulub. Vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer" peyvəndləri istifadə edilir.

Bu gün əminliklə deyə bilərik ki, sərt karantin qaydalarının tətbiq edilməsi, vaksinasiya prosesinin sürətli və təlimatlara uyğun aparılmasının nəticəsi olaraq insanların yoluxma sayında ciddi azalmalar müşahidə olunur. Bu, kimdəsə arxayınlıq hissi yarada bilməz. Mütəxəssislərin qənaətinə əsasən, kollektiv immunitet qazanmaq üçün ölkə əhalisinin ən azı 60 faizi peyvəndləmədən keçməlidir. Peyvəndlənmənin aparılması hər bir insanın özünü və ətrafındakıları qorumaq üçün ən yaxşı vasitədir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verir və şübhəsiz ki, yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr öz bəhrəsini verəcək. Yoluxanların sayında azalmanın müşahidə olunması karantin rejiminin yumşaldılmasına səbəb olub. Belə ki, insanların bir-biri ilə sosial əlaqələri bərpa olunur, qapalı olan məkanlar açılmaqda davam edir.

Bu gün koronavirusa yoluxanların sayı iki rəqəmli üzərində olsa da, ölüm sayı azalsa da epidemioloji vəziyyət nəzarət altındadır. Ölkəmizdə qapalı məkanlarda tibbi maska, digər qoruyucu vasitələr, dezinfeksiyaedici maddələrdən istifadə diqqətdə saxlanılır. Əhali arasında karantin rejiminə riayət olunması məqsədi ilə maarifləndirmə işləri davamlıdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə