YAP Masallı rayon təşkilatı “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsini davam etdirir FOTOLAR

YAP Masallı rayon təşkilatı “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi çərçivəsində rayonun Çaxırlı və Sarıcəfərli kəndlərindən olan II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

YAP Masallı rayon təşkilatının əməkdaşları və fəal üzvləri ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Kənan Şahbazov Natiq oğlu, Namiq Bağırov Nürəddin oğlu, Ağamalı Ağayev Şamil oğlu, Məmməd Vəliyev Nail oğlu və Ziya Gözəlov Zahid oğlunun məzarlarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüblər. Ziyarət zamanı bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Masallı rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və Şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Eyni zamanda, şəhid ailələrinin gündəlik qayğıları dinlənildi, onlara ərzaq sovqatı və maddi yardım göstərilib. Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə