Siyasi nankorluq, siyasi korluq... ŞƏRH

AXCP və Müsavat rəhbərləri Şuşa Bəyannaməsinə niyə sevinmədilər?

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat bütün dünyanı sevinc apardığı qardaşlıq zirvəsi adlandırdılar. Və qardaşlıq və müttəfiqlik bəyannaməsi ilə bağlı ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar birgə bəyanat imzaladı. Həmin bəyanatda ölkədə gedən sosial-iqtisadi inkişafdan ictmai-siyasi sabitlikdən məmnunluq ifadə olunmaqla, xüsusilə vurğulanır ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyətinin vacib əsası hesab etməklə və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanındadırlar.Ancaq bu sevincdən qaşınmay düşən AXCP və Müsavat partiyasının «liderləri» ölkəmizin güclənməsinə, rifahını və təhlükəsizliyinə məyus oldular. Niyə?

Çünki bu satqın və ənənəvi xəyanət yolunu tutan AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı Arif Hacılı kimi siyasətbazlar antimilli fəaliyyətlərini bir daha biruzə vermiş oldular. Bu satqınların nə birinci, nə də sonuncu əməlləridir. Çünki bu antimilli qüvvələr tarixi Şuşa Bəyannaməsini- Azərbaycan dövlətinin düşmənləri üzərindəki növbəti qələbəsini həzm edə bilmirlər.Lakin KXCP sədri Mirmahmud Mirəlioğlu açıqlamalarında həm işğaldan azad olan ərazilərə səfərləri, həm də Şuşa Bəyannaməsi ilə bağlı siyasi partiyaların qəbul etdikləri bəyanatı yüksək qiymətləndirmişdir: “Həm AXCP sədri Əli Kərimli, həm də Müsavat başqanı Arif Hacılı həmişə dövlətin və xalqımızın uğurlarına qısqanclıqla yanaşdıqlarını gizlədə bilməyəiblər. Çünki bu adamlar ümummilli maraqlar, ümummilli hisslərlə yaşayan insanlarlır və siyasi qüvvələr üçün bütün siyasi maraqlardan üstündür. Siyasi partiyaların son təşəbbüslərinə qoşulmaqdan imtina edən və 27-30 il işğal altında qalan torpaqları azad edildikdən sonra ziyarət etməkdən də imtina edən Əli Kərimli, Arif Hacılı kimiləri sübut etdilər ki, onlar Qarabağ mövzusunu yalnız şəxsi məqsədləri üçün istifadə ediblər və torpaqlarımızın azad edilməsi onlarda ciddi məyusluq hissi yaradıb”.Bütün bunlar bir daha göstərir ki, anti-Azərbaycan dairələrin buyruq qulu olan AXCP sədri Ə.Kərimli və Müsavat Partiyasının başqanı A.Hacılı ölkəmizin milli mənafelərini öz şəxsi maraqları naminə hər an qurban verməyə hazırdırlar. Cəmiyyətimiz yaxşı bilir ki, Azərbaycan torpaqlarının işğal olunması, bir milyondan artıq insanın özünün doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb 90-cı illərin əvvəllərində hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrdə yeritdikləri xəyanətkar, yarıtmaz siyasət olmuşdur. Şuşanın işğalı o dövrdə hakimiyyət uğrunda gedən mübarizə nəticəsində baş vermişdir. Bu işğaldan sonra demək olar ki, növbəti işğallar da qaçılmaz oldu.

Göründüyü kimi, antiazərbaycan şəbəkənin missionerləri olan dağıdıcı düşərgədəkilərin, əli kərimlilərin, arif hacılıların iç üzü budur. Hələ bu harasıdır? Sular durulduqca çox şeylər üzə çıxacaq, çox mətləblərin üstünə gün işığı düşəcək. O zaman ictimaiyyət hər şeydən əli üzülən bu dağıdıcı düşərgənin başbilənlərinin çıxardığı oyunlardan daha yaxından xəbərdar olacaq.Bir sözlə, görünən odur ki, AXCP ilə Müsavat xaricdəki ermənipərəst dairələrin diktəsi ilə hərəkət edirlər. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı və cəmiyyəti onların milli maraqlara zidd mövqeyini ikrah hissi ilə qarşılayır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə