İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətə baxmayaraq, Nikol Paşinyan seçkilərdə rəqiblərini məğlub etməyi bacardı. Partiyası seçki məntəqələrinə gedənlərin yarısından çoxunun səsini qazandı. Ölkənin ən hörmətli insanlarının baş nazirə qarşı silah götürdüyü və bir çox erməninin onu "xain" və ya hətta "türk" adlandırdığı şəraitdə bu, necə mümkün oldu? SİA bu mövzuda “Vzqlyad” qəzetində dərc olunmuş analitik yazını oxucularına təqdim edir.
Ermənistandakı seçkilərin nəticələrini şişirtmədən sensasiyalı adlandırmaq olar. Rəy sorğuları, baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın "Vətəndaş Sazişi" partiyası ilə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın liderlik etdiyi "Ermənistan" blokunun az-çox bərabər mübarizə aparacağını proqnozlaşdırırdı. Mart-iyun aylarında aralarındakı uçurum azaldı və bəzi sosial sorğulara görə səsvermə ərəfəsində müxalifət qabağa çəkildi.
Ancaq yekun nəticələr "bərabər mübarizə" olmadığını göstərdi: Paşinyanın partiyası təkbaşına 50 faizdən çox səsi topladı (54 faiz), başqa sözlə müxalifətdən 2,5 dəfə daha çox səs aldı. Bu, müxalifətin mütləq məğlubiyyətidir.
Eyni zamanda, bu iki qüvvədən başqa heç kim parlamentə gəlmədi, baxmayaraq seçkilərdə 21 partiya və 4 blok iştirak etdi – bu, bir növ rekord idi. Məsələn, Koçaryanın başqa bir keçmiş həmkarı və potensial müttəfiqi, sabiq ölkə prezidenti Serj Sarkisyanın “Şərəf duyuram” bloku 6 faizdən az səs qazanaraq Milli Məclisin divarları xaricində qaldı: çünki seçki blokları üçün keçid baryeri 7% idi. Partiyalar üçün bu baryer 5%-dir.
Ermənilər əvvəlki çağırış parlamentində müxalifət rolunu oynayan “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” partiyaları kimi siyasi ballastlardan da xilas oldular. Bunlardan birincisi, Paşinyanın rəhbərliyi dövründə az qala yenidən həbsxanaya gedən "nüfuzlu" oliqarx Qaqik Sarukyanın şəxsi varlığıdır (əvvəllər həbsxanada idi - qrup təcavüzünə və soyğunçuluğa görə).
"Maariflənmişlərə" gəlincə, bunlar Paşinyanın "sevgi inqilabı"ndan sonra Rusiyaya və NATO-ya daha radikal baxışlarına görə ondan ayrılan keçmiş müttəfiqləridir. Onlar Ermənistanın Şimali Atlantika Hərbi Alyansına girməsini və Avrasiya İqtisadi İttifaqından çıxmasını müdafiə edən "qlobalistlər" və "qərbçilər"dir. İndiki çətin anlarda mövqelərini gücləndirəcəkləri bir şans var idi, lakin tam əksinə oldu.
Aydındır ki, Rusiyada Ermənistan seçkiləri özlərinə münasibət prizmasından qəbul edilir. Bu cəhətdən, uyğunlaşma bizim xeyrimizə deyildir. Yerli "rəngli inqilabı"n lideri Paşinyan, sözün əsl mənasında respublikaya doluşmuş Qərb fondlarının sevimlisidir. Hakimiyyəti dövründə Rusiyaya qarşı açıq bir müxalifətə girməməsinə baxmayaraq, siyasi mənşəyi və “çoxvektorlu” olması, bəzi məsələlərdə barışmazlığı ilə Moskvanı nəzərəçarpacaq dərəcədə əsəbiləşdirdi.
Təkcə İskəndər skandalını xatırlamaq kifayətdir. Əslində, Paşinyan Qarabağ müharibəsini uduzmağının məsuliyyətini Rusiya silahlarının keyfiyyətinə keçirməyə çalışdı. Bu, ordu ilə qarşıdurmaya, siyasi böhrana və nəticələrini indi yekunlaşdırdığımız erkən seçkilərə səbəb oldu.
Koçaryan tamamilə fərqli bir məsələdir. Blokunda "Daşnaksütyun"dan millətçilərin yer almasına baxmayaraq, özü yalnız Rusiyanın uzunmüddətli və etibarlı tərəfdaşı deyil, həm də Ermənistanda dedikləri kimi Prezident Vladimir Putinin dostudur. Paşinyan hakimiyyətə gəldikdən sonra Köçəryan 3 dəfə həbs edildi (hər dəfə də sərbəst buraxıldı), bu daha çox şəxsi haqq-hesabı həll etməyə bənzəyirdi və Rusiya-Ermənistan münasibətlərində qarşılıqlı anlaşmaya töhfə vermədi.
Ancaq bu seçkilərdə ermənilərin özləri üçün "siz Rusiya iləsiniz, yoxsa onun əleyhinəsiniz" sualı, ümumiyyətlə, qaldırılmadı - seçicilər tamamilə fərqli bir prinsipə görə bölüşdülər. Bir çox cəhətdən, "pisliklərin azlığı" üçün bir seçimdi.
Paşinyan, adı 2-ci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətlə əlaqələndirilən şəxsdir. O, azərbaycanlıların Türkiyə dronlarını fəal şəkildə aldığı bir dövrdə durğunlaşan müdafiənin inkişafı üçün məsuliyyəti və iqtidardakı sələfləri ilə kəşfiyyat sistemindəki uğursuzluqları qismən paylaşa bilər. Buna baxmayaraq, danışıqlarda tutarlılığı (çox zəif kartlarla blef etməyə çalışmaq) məğlubiyyətin ola biləcəyindən daha ağrılı olmasına gətirib çıxardı.
Danışıq aparılan dairələrindəki mənbələr yekdil bir fikirdədirlər: ermənilər heç olmasa Şuşanı - silahlı alpinistlər tərəfindən ələ keçirilməsini 1-ci Qarabağ müharibəsi əfsanəsinin mühüm hissəsi halına gətirən simvolik bir şəhəri qoruyub saxlaya bilərdilər. İndi Şuşada Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edir.
Cəbhədəki məğlubiyyətdən və ordu ilə qarşıdurmadan sonra nəinki hərbçilər, hətta erməni cəmiyyətinin ən hörmətli təbəqələrinin nümayəndələri olan keşişlər də Paşinyana qarşı silah götürdülər.
Həm onlar, həm də digərləri baş naziri milli xəyanətdə günahlandırdılar.
Bəlkə də buna görə rəy sorğuları demək olar ki, bərabər səviyyədə ciddi bir mübarizə qeydə aldı. Nəticədə Paşinyanın partiyasına səs verən ermənilər sanki utancaq seçicilər kateqoriyasına aiddir. Dörd il yarım əvvəl eyni mənzərəni ABŞ-da, respondentlər Donald Trampa - "qəribə bir faşist və seksistə" səs verəcəklərini etiraf etmədikdə gördük.
Eyni zamanda, Koçaryanın-Sarkisyanın müxalifəti öz məsuliyyət yükündən qurtula bilmədi: 20 ildən çoxdur respublikada baş verən hər şeyə görə. Əvvəla, ermənilər xatirəsi Paşinyanın “milli xəyanəti” ilə belə tamamilə kölgədə qala bilməyən korrupsiya və klan idarəçiliyindən bezmişdilər.
Bu cür imic şəraitində seçkilərdə iştirak nisbətinin az olduğu və 50% -i bir az aşdığı məlum oldu - ermənilərin yarısı “iki şər seçimi”ndən birini etməyə getmədilər. Yəni, Paşinyan seçicilərin yalnız dörddə birinin səsi sayəsində hakimiyyəti bərpa edir.
Bunların Paşinyan inqilabından sonra ölkədəki dəyişiklikləri dəstəkləyən insanlar olduğunu düşünmək asandır. Onların hamısı pozitiv və sadəcə ağıllı deyildi, lakin fakt qalır: baş nazirin, ilk növbədə, rəqiblərlə mübarizə prinsipini rəhbər tutduğundan irəli gələrək, köhnə korrupsiya sistemini böyük ölçüdə qırmağı bacardı.
Nəticədə 2019-cu ildə Ermənistan iqtisadiyyatının artım tempi 7,5% -i keçdi. Bu, Avropanın bütün ölkələrindəki tempdən daha çox idi və gəlir artımı sayəsində əhalinin özünü nisbətən daha yaxşı hiss etdiyi səviyyə idi.
Demək olar ki, ermənilər toxluqdan daha çox doymağı üstün tutmuşdular, amma başa düşmək lazımdır ki, münaqişənin nəticəsinə yenidən baxılması hazırda mümkün deyil. Bu uğur qazanılması mümkün olmayan bir müharibə arzusudur və müharibə ilə doyma arasında seçim əvvəlcədən müəyyən edilmiş kimi görünür.
Koçaryanın bloku hərbi əməliyyatların bərpasını müdafiə etməyib. Fanatiklərdən daha çox realistlərdən ibarətdir və bundan əlavə, belə bir mövqe indi öz sülhməramlılarını riskə atan və dinc nizamlanmanın qarantı olan Rusiya üçün qəbuledilməzdir. Ancaq işin əsli budur ki, Qarabağla bağlı vəziyyətdə keçmişə qayıtmaq qeyri-mümkün idi və ermənilər bunu Ermənistanı idarəetmə sistemində arzuolunmaz hesab etdilər. Nəticədə Paşinyanın növbəti qələbəsi baş verdi.
Paşinyan özünü pis bir diplomat və özünə çox güvənən bir lider kimi göstərsə də, istedadlı bir siyasətçidir və vaxtından əvvəl seçkilərə razılıq verdi: çox erkən deyil (müharibədən dərhal sonra yox) və çox gec deyil (ona qarşı iddiaların sayı olduqca böyüməmiş) qələbəni əldən vermək və gücündən əl çəkmək riskinə gedərək.
Bu gün onun yeganə problemi Ermənistan qanunvericiliyinin məxsusiliyidir, ona görə hökumət yalnız qalib gələn partiyanın 55 faizindən çox olduğu təqdirdə bir tərəfli ola bilər. Daha azdırsa, koalisiya yaratmaq lazımdır və Paşinyan partiyası və onun ən pis düşməni Koçaryanın bloku xaricində heç kim parlamentə girə bilməzdi.
Artıq "xalqın qələbəsini" elan edən və "polad" adını verdiyi "yeni inqilab"ı elan edən Paşinyan, mütləq qələbə üçün yalnız bir faiz bəndindən məhrum olduğu bir vəziyyətdən necə çıxmağa başlayacaq? Bunu tezliklə biləcəyik. Bəlkə də öz rəqibi ilə koalisiyaya ehtiyac olmayacaq. Ancaq Paşinyan bu vəzifədə ciddi rəqibləri olmayan, Ermənistanın ən populyar siyasətçisi statusunu inandırıcı şəkildə təsdiqlədi və bununla hesablaşmaq lazım gələcək.
Müəllif – Stanislav Borzyako
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB