“İlahi dil” – bir erməninin iddiası necə ələ salındı? OLAN HADİSƏ

Tələbə-geoloqun real söhbəti əsasında

Bu olay 2016-cı ildə Qafqazda keçirilmiş tələbə praktikası zamanı baş verib. Hər gün axşam yeməyindən sonra çadır düşərgəsində, tonqal ətrafına yığışıb gitara sədaları altında mahnılar oxumağımız, ordan-burdan söhbətlər etməyimiz ənənəyə çevrilmişdi. Lakin kurs yoldaşlarımızdan olan, Qore ləqəbini daşıyan və davranışları ilə təəccüb doğuran Qaregin adlı erməni hər dəfə müxtəlif söhbətlər əsnasında mövzunu erməni xalqının tarixi və mədəniyyəti üzərinə yönləndirməyə çalışırdı. Bax belə axşamların birində və tələbələrin reaksiyasından sonra Qorenin zəhlətökən cəhdlərinə son qoyuldu. Hadisə isə belə baş verib.

Tonqal ətrafındakı söhbətlər əsnasında Qore heç bir səbəb olmadan oradakılara belə bir gözlənilməz sualla müraciət etdi:

- Heç bilirsiniz böyük şair Bayron erməni dili haqqında nə deyib?

- Bilmirik, nə deyib ki?

- O deyib ki, "erməni dili ilahi dildir” bu yeganə dildir ki, Allahla bu dildə danışmalısan.

- Yox bir! – tələbələr təəccübləndilər - Yəqin çox gözəl səsləndiyinə görədir...

- Məhz belədir! Ona görədir! – Qore sevinclə qışqırdı – dünyadakı heç bir dil səslənişinə görə erməni dilinə tay ola bilməz!

O, hətta bir saniyəlik dayanaraq düşündü ki, bu davranışı ilə öz yoldaşlarının ana dillərinə nifrətini ifadə etdi. Lakin tələbələr bunun cavabını tez düşündülər, özü də Qorenin ünvanına və ana dilinə qarşı heç bir söz demədən. Sadəcə, bir nəfər Qore üçün fəlakətlə nəticələnəcək bir sual verdi:

- Yaxşı, tutaq ki, biz Allahla danışmaq istədik – bəs biz ona erməni dlində necə deməliyik ki, hər şeyi yaradan İlahiyə şükürlər olsun?

- Qore bir saniyəlik susdu və dedi:

-Şnurhakalyutyun astsun steqxtsox!

Nə isə xoş və axarlı ifadə eşidəcəklərini və həmin ifadənin mələkləri belə ayağa qaldıracağını düşünən tələbələr qulaqlarına inanmadan sual etdilər:

-Necə-necə? Bir daha təkrar elə!

Erməni dilində səsləndirdiyi sözlərinin öz “gözəlliyi” ilə tələbələri valeh etdiyini düşünən Qaregin bir daha və bu dəfə daha təntənəli şəkildə təkrar etdi:

- Şnurhakalyutyun astsun steqxtsox!!!

Birdən ətrafa səsli-küylü gülüş və qəhqəhə səsləri yayıldı, hətta tonaqlın atəşi də yerindən oynadı, ətrafa qığılcımlar yayıldı.

Belə bir qəribə səsləntinin Allahla danışmaq üçün vasitə olması iddiasından sonra tələbələrin sərgilədikləri reaksiyaları Qareginə zərbə vurdu və xətrinə dəydi və həmin axşamdan sonra o nəinki öz dilinin “ilahi gözəlliyi” barədə danışmadı, eləcə də zəhlətökən erməni mövzularını da birdəfəlik yığışdırmalı oldu.

Link:

https://www.caucasianhistory.info/2021/06/gods-language.html?m=1

Tərcümə etdi:

Rövşən RƏSULOV,

Mənbə: caucasianhistory.info

Bütün xəbərlər Facebook səhifəmizdə