Ermənistanda Koçaryan erasına son qoyuldu: Kremlin dəstəyinə rəğmən RUSİYA KİV-i

Həmid Həmidov “Exo Moskvı” nəşrində yazıb: “Əsas isə daha heç bir “ÇP”, ya da parlamentin güllələnməsi olmayacaq. Yoxsa nə var ki... Koçaryanlar bir dəfə bunu praktikalarında tətbiq ediblər...”

“Görünür, bizlərdən çoxu Ermənistanda keçirilmiş parlament seçkilərinin analizini apararkən rəqəm və hesablamalarda bir az yalnılırıq”. SİA xəbər verir ki, bunu “Exo Moskvı” (Moskvanın əks-sədası) nəşrindəki məqaləsində jurnalist, Global Media Group-un media direktoru Həmid Həmidov yazıb.

“Gəlin, hər şeyi nizamlayaq. Misal üçün, artıq məlumdur ki, seçici hüquqlarına malik olan Ermənistan vətəndaşlarının 2 578 000 nəfərindən 1 281 174 nəfəri, ya da 49,4%-i səs veriblər. Yəni yarısından azı. Bir çoxları tələskənliklə bəyan ediblər ki, Ermənistandakı seçkilərə maraq, əslində, elə də yüksək olmayıb, belə ki, Ermənistan əhalisinin yarısından çoxu heç kimə inanmır, ona görə də səsverməyə getməyiblər. İlk iddianı kifayət qədər yalan hesab edirəm. Seçkilərə maraq yüksək idi. Bu, növbəti dəfə sübut edir ki, Ermənistanda son bir neçə həftədə çoxsaylı maraqlar qaynayıb”, qeyd edən Həmidov əlavə edib ki, hər şey tamamilə əksinə də ola və Koçaryanın qalibiyyəti bir çox məsələlərin qarşısına baryerlər düzə bilərdi.

“Ermənistanın ayıq başlı vətəndaşları başa düşürdülər ki, Koçaryanın qələbəsi Ermənistanın gələcəyi üçün çox təhlükəlidir, deməli, Paşinyan sənə nə qədər xoş görünməsə də, gedib ona səs vermək lazımdır”

SİTAT: “İkinci iddia – bu, daha çox həqiqətə bağlıdır. Lakin burada vəziyyət belədir – Ermənistanın bütün əhalisi anlayırdı ki, ölkələrinin seçkilərdə hansı yolla gedəcəyi müəyyənləşir. Əgər Koçaryan seçkiləri udardısa müxtəlif bəhanələrlə üçtərəfi razılaşmaların əyləci basıla bilərdi ki, əslində, bu, həm Ermənistan, həm də onun vətəndaşları üçün sərf etməzdi, hətta təhlükəli olardı. Ona görə də düşüncəli insanlar, Ermənistanın ayıq başlı vətəndaşları (Azərbaycanın qələbəsi bir çoxlarını ayıltdı, lakin hələ ki, hamısını deyil – H.H.) başa düşürdülər ki, Koçaryanın qələbəsi Ermənistanın gələcəyi üçün çox təhlükəlidir, deməli, Paşinyan sənə nə qədər xoş görünməsə də, gedib ona səs vermək lazımdır. Ona görə ki, digər namizədlərdən daha az kinlidir.

Bu baxımdan, təkrar edim ki, seçkilərə maraq yüksək idi, özü də bütün namizədlərə qarşı total inamsızlığın olduğu vəziyyətdə Ermənistan xalqı ayağa qalxdı və səsverməyə getdi. Özü də bunu kifayət qədər fəallıqla etdi”.

Jurnalist məqalədə sual edir ki, bu zaman nəyə görə seçicilərin sayı 50%-dən az idi? Öz sualını cavablandıran Həmid Həmidov bu cavabın sadə olduğunu yazıb: “Miqrasiyanın yüksək olması səbəbindən. Səsvermə hüququna malik əmək qabiliyyətli əhalinin yarısından çoxu sadəcə Ermənistanı tərk ediblər. Qonşu ölkədə miqrasiyanın səviyyəsi müharibəyə qədər də yüksək olub, sonra isə nəhəng miqyaslarla ölçülməyə başlanıb. Seçicilərin yarısının seçkilərə qatılması Ermənistan əhalisinin seçkilərə münasibətinin göstərici hesab edilə bilməz, ancaq bu bir daha onu sübut edir ki, Ermənistan əhalisinin real sayı rəsmi statistikada göstəriləndən iki dəfə azdır”.

“Rusiyada Koçaryanın uduzmasından təəccüb edirlər... Seçki kampaniyasının start mərhələsində, “sükut günündə” “Rossiya1”in efiri vasitəsi ilə Poznerin verilişində çıxış imkanı yaratdı”

Global Media Group-un media direktoru seçkilər barədə də fikirlərini yazaraq qeyd edir ki, Paşinyan 53,92% səs toplayır, onun əsas opponenti – Koçaryan isə yalnız 21,04%. Yəni təxminən 2,5 dəfə az. Sarqsyan isə ümumiyyətlə 5,23%. Digərləri isə daha az: “MDB-nin bir çox ekspertləri, xüsusən də Rusiyada Koçaryanın uduzmasından təəccüb edirlər. Yəni bu, necə ola bilər? Axı Moskva onun üçün açıq idi və hər cür dəstək göstərirdi. Seçki kampaniyasının start mərhələsində, “sükut günündə” “Rossiya1”in efiri vasitəsi ilə Poznerin verilişində çıxış imkanı yaratdı. Onun Putinlə şəxsi dostluq əlaqələrini də hər kəs xatırlayır. Necə ola bilər ki, Putin öz dostunun və namizədinin uduzmasına yol verdi? Həqiqətə qalanda Koçaryan Putinin ən yaxın dostu ola bilər və Rusiyanın media məkanında Koçaryana yaradılan şəraiti də RF-nın prezidentinin dəstəyi kimi göstərmək mümkündür.

Ancaq həm Rusiyada və regionun digər ölkələrində vacibdir ki, hakimiyyətdə müharibə şəraitini yaradan və onu uduzan qalsın, o adam ki, üçtərəfli razılaşmanı imzaladı, o adam ki, digər namizədlərdən onların realizə olunmasını anlayır. Əvvəl-axır, o adam ki, bütün bunları yaratdı və yetərincə cavabını aldı və indi də üzərinə düşən məsuliyyəti sonuna qədər icra etməlidir.

Fakt deyil ki, Koçaryanın özü də seçkilərdə qalib gəlməyi arzulayırdı. Lakin Ermənistanın gələcəyinə, ağır vəziyyətdə olan iqtisadi vəziyyətinə məxsus məsuliyyəti bütün yükü öz üzərinə götürmək, daşnaklarrın sərsəm iddiaları ilə müharibədən, qonşularla düşmənçilik etməkdən yorulmuş və sülh şəraitində yaşamaq istəyən insanların ortasında dayanmaq da var idi.

Əli dirsəyinə qədər azərbaycanlıların qanına batmış Koçaryan nə qədər istəsə idi yenə də onda alınmayacaqdı. Hə, onun arzusu, istəyi var idisə, artıq bu başqa sualdır. Moskvanın ona fəal rəqib rolunu oynamaq üçün hazırladığı oyunu o yaxşı oynadı, hətta etiraf etmək lazımdır ki, bunu bacardı. Ancaq Koçaryanın baş nazirlik kreslosuna iddiası onun ambisiyalarına rəğmən yersizdir.

Bəli, Moskva da göstərdi ki, situasiyanın inkişaf etdiyi mövcud mərhələdə Kreml tərəfindən sevilən ikili, hətta üçlü oyunlar oynamaq fikrində deyil. Plana görə sabitlik və məsuliyyət hər şeydən üstündür”.

“Azərbaycan və Ermənistan sülh sazişini imzalaya biləcəklər və bundan sonra RF sülhməramlılarının mövcudluğu özü-özlüyündə vacibliyini itirəcək”

“Bəs indi nə olacaq? Paşinyan və onun komandası yaxın müddətdə alternativ güc məsələsini bağlayaraq hakimiyyətdə qalacaq və respublikanın idarəçiliyini öz üzərinə götürəcək. Gözləmək mümkündür ki, üçtərəfli razılaşmanın həyata keçirilməsi, Zəngəzur dəhlizi ilə bağlı məsələlər, vaxtilə işğal altında qalmış ərazilərin mina xəritələrinin təhvil verilməsi, “altılıq platformasının” realizəsi – bütün bunlar sürətləndirilmiş templərdə gedəcək.

İndi dəqiq şəkildə belə bir şans yaranıb ki, hər iki respublika – Azərbaycan və Ermənistan sülh sazişini imzalaya biləcəklər və bundan sonra RF sülhməramlılarının mövcudluğu özü-özlüyündə vacibliyini itirəcək. Əsas isə daha heç bir “ÇP”, ya da parlamentin güllələnməsi olmayacaq. Yoxsa nə var ki... Koçaryanlar bir dəfə bunu praktikalarında tətbiq ediblər...”, Həmid Həmidov “Exo Moskvı” nəşrindəki məqaləsində yazıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə