Xarici İşlər Nazirliyində ombudsmanla birlikdə iclas keçirilib

Xarici İşlər Nazirliyində ombudsmanla birlikdə iclas keçirilib
Azərbaycan Xarici İşlər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının birinci məruzəsinə dair yekun rəyində verilmiş tövsiyələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılmış İşçi Qrupunun Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə birgə iclası keçirilib.

XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda İnsan Hüquqları Şurasının UDİ mexanizmi üçün aralıq məruzənin hazırlanması, QHT-lərin Dövlətin məruzəsinin hazırlanmasına cəlb olunması, İnsan Hüquqları Şurasının UDİ üzrə tövsiyələrinin həyata keçirilməsi istiqamətində görülmüş işlər müzakirə edilib və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə