Azad Rəhimov: \"Əgər ermənilər \"Evrovision-2012\" mahnı müsabiqəsinə gəlsələr, dövlət onların təhlükəsizliyinə zəmanət verəcək - AÇIQLAMA

Azad Rəhimov: \"Əgər ermənilər \"Evrovision-2012\" mahnı müsabiqəsinə gəlsələr, dövlət onların təhlükəsizliyinə zəmanət verəcək - AÇIQLAMA

"Bildiyiniz kimi bu festival artıq gözəl bir ənənəyə çevrilib. 2006-cı il tarixindən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən hər il ali təhsil müəssiələrinin tələbələri arasında "Tələbə baharı" adlı yaradıcılıq festivalı keçirilir. İstər mahnılara, istərsə də rəqslərə marağı olan tələbələr bu gün burda iştirak edirlər və biz də istedadlı gənclərin aşkar edilməsinə, onlara dövlət qayğısını artırılmasına, onların asudə vaxtalrını daha səmərəli keçirməsinə çalışırıq. Bu festivalın keçirilməsinin önəmli cəhətlərindən biri odur ki, bu festival cari ildən artıq beynəlxalq status daşıyır. Bu gün bura MDB-yə üzv olan ölkələrdən xeyli sayda tələbələr gəliblər və bu hal bizi çox sevindirir. Biz çalışacayıq ki, bu festival bundan sonrakı illərdə də beynəlxalq statusa malik olsun".

SİA-nın məlumatına görə, bunu açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. \"Evrovision-2012\" mahnı müsabiqəsinin Bakının hansı məkanında keçiriləcəyi haqda suala nazir: "Düzü bu işlə bizim Nazirlik maraqlanmır. Amma mən onu deyə bilərəm ki, bunun üçün ayrıca yer inşa olunsa yaxşı olar. Bununla yanaşı bilirsiz ki, Respublika stadionunda, ya da Heydər Əliyev adına idaman kompleksində bəzi təmir işləri aparmaqla biz onu keçirə bilərik. Yeni yerin tikilməsinə gəldikdə isə bunun üçün hansısa şirkət tapmaq lazımdır ki, o bu lahiyəni səkkiz ay yarıma bizə təhvil verə bilsin.

\"Azərbaycanda keçiriləcək \"Evrovision-2012\" mahnı müsabiqəsinə ermənilərin gəlməməsi və buna münasibətiniz\", - suala isə Azad Rəhimov: " Mənə elə gəlir ki, onlar bu yarışmaya gəlməlidirlər. Gəlməsələr bu, onların öz işidir. Əgər gəlsələr dövlət onların tam təhlükəsiz şəkildə gəlib, iştirak etmələrinə zəmanət verir".

A.Rəhimov qeyd edib ki, Gənclər proqramı artıq hazırdır və hökumətə təqdim olunacaq. Bu proqram 144 bənddən və 88 fəsildən ibarətdir. Proqramın hazırlanmasında bizə çoxlu sayda müraciətlər oludu və biz bu müracitələrə baxaraq bu proqramı hazırladıq. Proqramda əsas məqsəd gənclərin məşğulluq dərəcəsini yaxşılaşdırmaq və onların evlə təmin olunmasında ipoteka kreditlərinin şərtlərində dəyişikliklər olunması və s. məsələlər nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə