Nikol Paşinyan Respublika Meydanında seçki sonrası mitinq keçirir. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus armenianreport.com saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu vaxt, mitinqə paralel olaraq, “Armeniya Today” vətəndaşlar arasında erkən parlament seçkilərinin nəticələrindən razı olub-olmadığını və yeni parlamentdən nə gözlədiklərini öyrənmək üçün bir sorğu keçirir.
Xatırladaq ki, bir qədər əvvəl “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin üzvü Vaaqn Ovakimyan İrəvan Meriyasına 21, 22, 23 və 24 iyun tarixlərində saat 10: 00-dan 22: 00-dək partiyanın Respublika Meydanında mitinqlər keçirəcəyini bildirmişdi. Bildirişlərdə mitinq iştirakçılarının sayı da göstərilir və qeyd olunur ki, 200 min nəfərədək toplaşan olacaq. Meriya bildirişi nəzərə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB