"Ərdoğanın Azərbaycana səfəri daha çox siyasi səfər idi" - POLİTOLOQ AÇIQLADI
“Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. Hələ ötən əsrin 90-cı illərindən başlayaraq Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələn kimi Türkiyə ilə münasibətləri qurmağa başladı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələndən sonra bu münasibətlər daha da yaxşılaşmağa başlayıb: “Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təkcə dövlət başçıları səviyyəsində deyil, eyni zamanda dostluq, qardaşlıq səviyyəsində şəxsi münasibət qurdular. Azərbaycanla Türkiyənin iqtisadi əlaqələri çox yüksək səviyyədədir. Digər sahələrə nəzər salsaq, Azərbaycan üçün ən önəmlisi mədəni sahədir. 2009-cu ildə Naxçıvanda yaradılan türkdilli dövlətlərin birliyi artıq Azərbaycan-Türkiyə münasibətlərini yeni müstəviyə keçirtdi. Məhz həmin dövrdən Azərbaycanla Türkiyə arasında hərbi əlaqələr çox möhkəmləndi. Azərbaycan əsgərlərinin Türkiyədə təhsil alması, yetişdirilməsi, onların peşəkarlığının artırılması, daha sonra Azərbaycan ordusunun təchizatı, təminatı məsələsində NATO standartlarının Azərbaycana gətirilməsində Türkiyənin böyük rolu var”.
Politoloq həmçinin qeyd edib ki, 44 günlük müharibə ərzində də cənab Prezidentin də dediyi kimi ilk gündən Ərdoğan Azərbaycanın yanında olduğunu təkcə bəyan etmədi, həmçinin yanında oldu: “Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akar öz mövqelərini ortaya qoydular. Türkiyə millət məclisinin başqanı Mustafa Şentop Azərbaycanın haqq işini dünyaya bəyan etmək, eyni zamanda Azərbaycan haqqından çox dəstəkləyici fikirlər söylədi. Azərbaycan Türkiyənin siyasi mənəvi dəstəyi ilə 44 günlük zəfər çaldı və bu zəfərdə Türkiyənin payının olması qürurvericidir və şərəflidir. Azərbaycanla Türkiyənin münasibətləri uzun bir tarixə söykənir. İstər Çanaqqala savaşında, istərsə də 1918-ci ildə Bakının işğaldan azad olunması məsələsində olsun. Bütün bunların hamısı tarixi dayaqlara əsaslanır. Sovet vaxtı bu əlaqələri nə qədər dağıtmağa çalışsalar da bu alınmadı. Ərdoğanın Azərbaycana səfəri daha çox siyasi səfər idi. Səfər zamanı o, istər Şuşada, istərsə də Milli Məclisdə bir sıra mesajlar verdi. Azərbaycanı dəstəkləməklə bərabər, eyni zamanda Azərbaycanın yanında olmaq, Azərbaycanla gələcəkdə bütün iqtisadi-siyasi, mənəvi, hərbi sahədə hər cür əlaqələrin qurulması məsələsini gündəmə gətirdi. Eyni zamanda Azərbaycana bu və digər cəhətdən siyasi təzyiqlər göstərmək istəyənlərə də bir mesaj verdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB