“Erməni xalqı yenə məğlub oldu, amma bu dəfə özü-özünə uduzdu” ASRATYANIN ETİRAFLARI

“Erməni xalqı yenə məğlub oldu, amma bu dəfə özü-özünə uduzdu” ASRATYANIN ETİRAFLARI

Erməni xalqı yenə məğlub oldu, ancaq bu dəfə xarici və ya daxili düşmənə deyil, özü özünə məğlub oldu. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə qondarma Qarabağ Müdafiə Ordusunun keçmiş mətbuat katibi Senor Asratyan öz Facebook səhifəsində yazıb.

“Bu dəfə də erməni xalqı məğlub oldu və uduzdu. Ancaq bu dəfə erməni xalqı nə xarici, nə də daxili bir düşmənə yox, elə özünə məğlub oldu. Amma erməni xalqı buna, xalqın fikrinə məhəl qoymayacaq "seçilmiş" hökumətin nəhayət ölkəni məhv edəcəyi zaman əmin olacaq. Ancaq bu zaman lap gec olacaq", deyə Asratyan öz sosial şəbəkə hesabında qeyd edib.

Xatırladaq ki, dünən, 20 iyun tarixində Ermənistanda növbədənkənar parlament seçkisi keçririlib. Seçki ilə bağlı, seçicilərə rüşvət təklif edilməsi, təşfiqat aparılması, təhdid və təsirlər, hətta atışma və insident kimi çoxsaylı qanun pozuntusu halları müşahidə edilib. Bununla belə Nikol Paşinyanın seçkidə qalib gəldiyi deyilir. Onun qələbəsi ilə barışmayanlar olduqca çoxdur. Təsadüfi deyil ki, Senor Asratyan kimi, ermənilərin bir çoxları bu seçkini erməni xalqının məğlubiyyəti hesab edir və görünür bir qədər öncə Ermənistanın küçə və meydanlarında Paşinyanın məğlubiyyətini proqnozlaşdıranlar bu vıziyyətə görə hələ şok içərisindədirlər. Amma hər bir halda vətəndaşların böyük qisminin Paşinyana səs verdiyi, onu seçdiyi bəyan edilirsə, deməli, erməni cəmiyyəti bununla barışmaq məcburiyyətindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə