Elman Nəsirli: “Həmsədr ölkələrin prezidentlərinin bəyanatındakı ifadələr kəskin və aydın ünvanı ilə göstərilməliydi” - MÖVQE

Elman Nəsirli: “Həmsədr ölkələrin prezidentlərinin bəyanatındakı ifadələr kəskin və aydın ünvanı ilə göstərilməliydi” - MÖVQE

Rusiya, ABŞ və Fransa prezidentlərinin "G8" ölkələrinin bu yaxınlarda Dovildə keçirilən sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatında tərəfləri sülh prosesinə dəvət edərkən həmsədrlərin 2009-cu ildə təyin etdirkləri \"Yenilənmiş Madrid prinsipləri\"nin Azərbaycanın dərhal qəbul etməsi ilə bağlı fikir öz əksini tapmalı idi. Çünki \"Yenilənmiş Madrid prinsipləri\"ni bu günə qədər qəbul etməyən Ermənistandır.

Politoloq Elman Nəsirli SİA-ya açıqlamasında bildirib ki, hazırda rəsmi İrəvanın qeyri-konstruktivliyi nəticəsində sülh prosesində heç bir irəliləyiş yoxdur: "Heç olmasa bəyanatda bir işarə vurulmalı idi ki, Ermənistanın \"Yenilənmiş Madrid prinsipləri\"ni qəbul etməsi daha vacibdir. Bu da nəticə etibarı ilə sülhə gətirib çıxara bilər. Yenə də tərəflər arasında bərabər yanaşma var. Sanki, Azərbaycan da sülhü istəmir. Yəni təcavüzkarla təcavüzə məruz qalan ölkə arasında yenə bərabərlik işarəsi qoyulub. Prinsip etibarı ilə belə görüşlərin heç olmamağındansa, olması yaxşıdır. Çünki xeyli müddətdir ki, münaqişənin tənzimlənməsi prosesində digər həmsədrlər olan Fransa və Birləşmiş Ştatlar estafeti ancaq Rusiyaya vermişdilər və Azərbaycan cəmiyyətində də eyni zamanda mətbuatda da daha çox fikirlər səslənir ki, sanki burada monopoliya Rusiyanın əlindədir. Mənə elə gəlir ki, "G8"-in sammitində belə fikirlərə və düşüncələrə son qoyulsun deyə, eyni zamanda həmsədrlərin doğurdanda münaqişənin sülh yolu ilə nizamlanmasında maraqları olduqlarını göstərmək üçün etdilər. Çünki, hadisələrin belə gedişatı Ermənistanın qeyri-konstruktiv mövqeyini dəyişməməsi həmsdərlərdə belə fikir hasil edib ki, Azərbaycan münaqişəni hərbi yolla həll edə bilər. Bunu da nəzərə alıb sülh prosesi ilə bağlı bəyanat verdilər".


Politoloqun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən həmsədr dövlətlərin başçılarının bəyanatındakı ifadələr kəskin və aydın ünvanı ilə göstərilməliydi: "Həmsədr dövlətlər olan Rusiya, ABŞ və Fransada 2012-ci ildə prezident seçkiləri başlayır. Bu nöqteyi nəzərdən bu il keçirilən Böyük 8-lərin sammiti bir şans idi ki onlar münaqişə ilə bağlı öz mövqelərini nümayiş etdirsinlər. Çünki, ilin ikinci yarısından sonra hər üç prezidentin başı özlərinin seçki kompaniyasına qarışacaq. Belə beyanatlar özü özlüyündə ona görə müsbətdir ki, Azərbaycan gələcəkdə danışıqların bütün yolları tükənərsə və hərbi yolla həll etmək məsələsi aktuallaşarsa belə bəyanat Azərbaycanın söykənəcəyi hüquqi arqumentlərdən olacaq. Əslində bu bəyanat Ermənistana ünvanlanan bəyanatdır. Eyni zamanda bu cür bəyanatlarda ifadələr kəskin və aydın ünvanı ilə göstərilməliydi".

Bütün xəbərlər Facebook səhifəmizdə