Ermənistanda seçkilərlə əlaqədar saat 15:00-a qədər qanunsuzluqla bağlı 59 MÜRACİƏT DAXİL OLUB AMBUDSMAN APARATINA

Ermənistanın insan haqları müdafiəçisinin ofisinə, 20 iyun səsvermə günü, Milli Məclisə erkən seçkilər günü, saat 15: 00-a qədər seçki prosesi ilə əlaqədar 59 müraciət və bəyanat daxil olub. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Ombudsmanının mətbuat xidməti informasiya yayıb.

Bildirilir ki, sosial şəbəkələrdə və mediada olmaqla 570 paylaşım da araşdırılıb.

Qurumun mətbuat xidmətinin məlumatına görə, qaynar xəttə daxil olan siqnallar əsasən seçki məntəqəsinin əlçatan olmaması, əlilliyi olan şəxslərin müstəqil səs vermə imkanlarının mümkünsüzlüyü, əlavə seçici siyahılarına daxil edilmə məsələsi, səsvermə prosedurunun pozulması kimi məlumatlardan obarətdir.

Qeyd edək ki, sosial şəbəkələrdə və mediada ən çox qeydə alınan paylaşımlar arasında bülletenlərin verilməsi qaydalarının pozulması, hərbi qulluqçular da daxil olmaqla vətəndaşlar tərəfindən birbaşa səsvermə halları, bülletenlərin müəyyən olunmuş formalarının pozulması və başqa məqamlar yer alır.

Xatırladaq ki, Ombudsman adından yaradılan işçi qrupu səhər tezdən Şirak, Qeqarkunik, Syunik və Tavuşun mərkəzi və regional bölgələrindəki seçki prosesinin müstəqil monitorinqini həyata keçirir. Gün ərzində, paralel olaraq mesajlar və nəşrlər əsasında yayılan məlumatlar izlənilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə