"Bu, Paşinyanın sonu olacaq" RUBEN MELKONYAN

"Nikol Paşinyanın 9 noyabrdan sonra dövlət fəaliyyətini davam etdirməyin mümkün olmadığını başa düşməsi daha doğru olardı." SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Ermənistan” blokunun üzvü Ruben Melkonyan 24TV-nin efirində söyləyib.

Onun sözlərinə görə, bu, misilsiz seçki olacaq və bu, yalnız Paşinyanın sonu olacaq. “9 noyabr tarixindən sonra dövlət fəaliyyətini davam etdirməyin mümkün olmadığını, siyasətdən müvəqqəti də olsa ayrılmalı olduğunu Nikol Paşinyanın başa düşməsi daha doğru olardı", deyə Melkonyan bildirib.

“Ermənistan” blokunun üzvü Ruben Melkonyan daxili siyasi əhəmiyyət daşıyan digər məsələlərə toxunub, eləcə də Türkiyə-Azərbaycan müttəfiqliyinin Ermənistan üçün təhlükə, hətta təhdid olduğunu deyib, bu seçkilərin xarici əhəmiyyətinə və mümkün seçkidən sonrakı hadisələrə də diqqəti cəlb edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə