Üç il əvvəl küçələrə çıxanlar, vəd olunanı aldılarmı? SERJ SARKİSYAN SUAL ETDİ

Ermənistan vətəndaşları üç il əvvəl niyə küçələrə çıxdılar və onlara vəd olunanları aldılarmı? SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, eks-prezident Serj Sarkisyan seçiminə hələ qərar verə bilməyən vətəndaşlara müraciət edərək, onlara sual ünvanlayıb.

“Müharibədən qayıtmış dostlarınız, qonşularınız və dostlarınızla danışın, hekayələrini dinləyin və bu cahil və xain hakimiyyətlin bu qədər insan tələfatına və ərazi itkisinə səbəb olan müharibə ilə nə qədər gülünc olduqlarını görün", deyə Sarkisyan vurğulayıb.

Üçüncü prezident ayrıca "diz çökmüş vəziyyətimizdən qalxmalıyıq", deyəm Serj Sarkisyan, ölkənin yaşaması və inkişaf etməsi üçün yorulmadan çalışmanın vacibliyini dilə gətirib.

Sarkisyan “Mənim Şərəfim var” blokunun iqtidara gələcəyi təqdirdə həll etməli olduğu bir neçə problemi sadalayıb. Bunlar arasında - hökumət quruluşunun yenidən nəzərdən keçirilməsi, ən azı kənd təsərrüfatı, mədəniyyət, diaspor nazirliklərinin bərpası, 44 günlük müharibə şəraitini araşdırmaq üçün bir komissiya yaradılması, yeni bir proqram hazırlanması Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi yer alır.

Xatırladaq ki, sabah, yəni 20 iyun tarixində Ermənistanda npvbədənkənar parlament seçkiləri günüdür. Həmçinin bu işğalçı ölkə vətəndaşları baş nazirini də seçəcək. Lakin, sarkisyanın da etiraf etdiyi kimi, hələ də ermənilər, Ermənistan vətəndaşları seçim barəsində qərarsızdırlar, çünki, baş nazir postuna həqiqi layiqli bircə nəfər də olsun bu ölkədə yoxdur və bunu bütün erməni cəmiyyəti də yaxşı bilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə