Ukraynaya hərbi yardımın dayandırılması barədə məlumatlar ABŞ TƏRƏFİNDƏN TƏKZİB EDİLDİ
Ağ Ev, Ukraynaya hərbi yardımın dayandırılması barədə mediada yayımlananlara reaksiya verdi. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd edək ki, bir qədər əvvəl “Politico”, öz mənbələrinə istinad edərək, Rusiyanın hərbi təlimləri fonunda ABŞ-ın Ukraynaya 100 milyon dollar əlavə yardım verməyə hazırlaşdığını, lakin ABŞ-Rusiya sammiti ərəfəsində bundan imtina etdiyini yayımlayıb.
"Ukraynaya təhlükəsizlik yardımını dayandırdığımız fikri cəfəngiyatdır. Yalnız keçən həftə ABŞ-Rusiya sammiti ərəfəsində silahlar da daxil olmaqla 150 milyon dollarlıq bir təhlükəsizlik paketi verdik", deyə Ağ Evin sözçüsü Cen Psakinin yazılı bəyanatında qeyd olunur.
Onun sözlərinə görə, hazırda Ukraynaya Konqres tərəfindən planlaşdırılan yardım tam olaraq ayrılıb.
"Prezident Bayden birbaşa prezident Putinə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcəyimizi söyləyıb" deyə Psaki bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə, ABŞ-ın Ukraynaya "Rusiya təcavüzünün artması halında" verdiyi dəstəklə əlaqədar şərhləri açıqlayarkən, hadisələrin bu cür inkişafının "gərginliyin daha da artmasına səbəb olacağını" söyləyib. O, qeyd edib ki, təhlükəsizliyini təmin etmək üçün Rusiya tərəfindən əlavə tədbirlər tələb ediləcəkdir. Bunların hansı tədbirlər ola biləcəyinə dair aydınlaşdırıcı bir suala, Peskov, "lazım olanların hamısı", deyə cavab verib.
Xatırladaq ki, bu fonda bir sıra Qərb ölkələri, Rusiyanın Ukraynada "təcavüzkar hərəkətləri"-nin və Kiyevdə Moskva tərəfindən "təxribat" törədiləcəyindən şübhələndiyini bildiriblər. Avropanın aparıcı dövlətlərinin, habelə Amerika Ağ Evinin liderlərinə görə, bu mövqeyi təsdiqləyən arqument Rusiya qoşunlarının Krımda və Ukrayna ilə sərhəddə hərəkət etməsidir. Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov isə, ölkənin qərb sərhədinə "qoşunların çəkilməsi" məsələsinə toxunaraq, Rusiyanın lazımlı hesab etdiyi hərbi tədbirləri öz ərazilərində saxladığını və xarici tərəfdaşları narahat etməmələrini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB