“Müxalifətdə hər şeyə pis demək kimi pis vərdişlər yaranıb” AMİP FUNKSİONERİ MÜNASİBƏT BİLDİRDİ

“Müxalifətdə hər şeyə pis demək kimi pis vərdişlər yaranıb” AMİP FUNKSİONERİ MÜNASİBƏT BİLDİRDİ

“Şuşada imzalanan bəyannamə böyük bir hadisədir. Belə bir möhtəşəm sənədə imza atılmasına 48 partiyanın içərisində Müsavat və AXCP-nin dəstək verməməsi təəccüb doğurur və bunu qınayıram. Görünür, bu partiyaların xarakteri belədir, ancaq adı çəkilən partiyaların dəstək xarakterli sənədə imza atmalarının istisi, soyuğu yoxdur. Sadəcə olaraq, bu cür addımlarla özləri özlərini cəmiyyətdən kənarlaşdırırlar”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.

Onun sözlərinə görə, AXCP və Müsavat sənədə imzanı atmamaqla özlərinə ziyan edirlər: “Biz xalq olaraq, cəmiyyətin ayrılmaz tərkib hissəsi olaraq siyasi institutlar ölkənin dövlət və milli maraqlarına uyğun olan addımları dəstəkləməliyik və bu istiqamətdə çalışmalıyıq. Dövlətimizin və millətimizin maraqlarına uyğun addımlar atılmalıdır”.

Ə.Orucov onu da bildirib ki, Vətən müharibəsində parlaq qələbəmizə kölgə salmağa çalışmaları gözü götürməzlikdir və yaxud da görünür, onlar üçün milli maraqlar, milli dəyərlər o qədər də önəmli deyil: “Sadəcə olaraq onların hər şeyə pis deməsi kimi bir pis vərdişləri yaranıb. Bu da heç də yaxşı hal deyil”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə