“Əlaqələrin inkişafında yeni dönəm yaranır” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Əlaqələrin inkişafında yeni dönəm yaranır” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətləri mahiyyət etibarı ilə yeni bir mərhələyə qaldırdı. Şuşa Bəyannaməsində qeyd olunduğu kimi Azərbaycan dövləti üçün ciddi təhdid və təhlükə olarsa bu halda qardaş Türkiyənin Azərbaycana hərbi dəstək göstərmək, Azərbaycanla hərbi əməkdaşlığı genişləndirmək kimi imkanları olacaq. Eyni zamanda, eyni dəstəyi Azərbaycan da Türkiyəyə göstərə bilər. Bu regiondakı mövcud geosiyasi reallıqları qəbul etməyən və bu geosiyasi reallıqları Azərbaycan dövlətinin xeyrinə olmayaraq dəyişmək istəyən qüvvələrə ciddi bir mesaj kimi qəbul olunmalıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov bildirib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi həm də iki dövlət arasında humanitar, hərbi, iqtisadi, siyasi sahələrdə əməkdaşlığın genişləndirilməsini özündə ehtiva edir ki, bu da iki dövlət arasında əlaqələrin inkişafında yeni dönəm yaradır: “Artıq münasibətlərin inkişafı bölgədəki geosiyasi prosesləri izləyən digər dövlətlərin siyasi elitalarında da heç bir şübhə doğurmayacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə