Tarix unudulmur...

Antimilli ünsürlərin və onların xarici havadarlarının siyasi hoqqabazlıqları uğursuzluğa məhkumdur

Proqnozlar özünü tam doğrultmaqdadır. Azərbaycan əleyhinə olan beynəlxalq siyasi dairələr və onların miskin əlaltısına çevrilmiş antimilli ünsürlər yenidən fəallaşmaqdadırlar. Həmin qüvvələr Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, ölkəmizin dünyada qalib və güclü dövlət olmasından ciddi narahatdırlar. Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unudurlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz. Taleyimiz öz əlimizdədir. Ölkəmizdə mövcud xalq-hakimiyyət birliyi sarsılmazdır. Xalq Prezident İlham Əliyevi birmənalı olaraq dəstəkləyir. Prezident də hər hansı beynəlxalq siyasi dairələrin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. Bu, xalq-hakimiyyət birliyini güclü edən həlledici amildir. Eyni zamanda, bu, monolitliyin xarici bədxahlarımızın və “sapı özümüzdən olan baltalar”ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir. Qoy antimilli ünsürlər və onların xarici havadarları unutmasınlar ki, onların siyasi hoqqabazlıqları həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur.

Əli Kərimli - xəyanətkarlıq siyasi fəaliyyətinin əsas qayəsidir

Bəli, bu, o Əli Kərimlidir ki, erməni lobbisindən aldığı çirkli pullarla xaricdə öz biznesini qurmaqla, ailəsinə lüks həyat şəraiti yaratmaqla məşğuldur. AXCP-nin sabiq funksioneri Paşa Umudov mətbuata açıqlamasında bildirib ki, Əli Kərimlinin partiyanın hesabına əldə etdiyi milyonlardan özü və ailəsi komfortlu bir həyat tərzi yaşayır. Əvəzində sıravi cəbhəçilər istismar edilir və ən acınacaqlı bir durumda yaşayırlar. O, KİV-ə ünvanladığı məktubunda bildirir ki, uzun illərdir sədaqətlə AXCP ideyalarına xidmət etsəm də, son dövrlər təşkilat daxilində baş verənlər məni və ətrafımda olan bir çox cəbhəçiləri Əli Kərimlini oyunbaz və dələduz şəxs kimi tanımağa vadar etmişdir: “AXCP-nin çətin durumda olduğu, üzvlərinin uşaqlarının boğazından kəsib partiyaya çətinliklə üzvlük haqqı verdiyi bir zamanda ətrafa diqqətlə baxanda gördüklərimiz bizi məyus edir.”Cəbhəçi Əli Kərimlinin ailəsinin böyük maliyyə hesabına komfortlu həyat sürdüyünün şahidi kimi bildirir ki, Əli Kərimli, sadəcə, bir partiya sədri deyil, böyük dələduz və hoqqabazdır.

“Qozbeli qəbir düzəldər”

Belə bir deyim var: “Qozbeli qəbir düzəldər”. Ancaq 28 ildir ki, özlərini «müxalifətçi» və partiya “sədrləri” hesab edən AXCP və Müsavat nə “müxalifətçi” kimi müxalifətçilərdir, nə də “sədr” kimi sədrdilər. AXCP-Müsavat həmişə olduğu kimi, bu gün də nəinki satqınlıqlarını, deyərdim ki, cinayətkarlıqlarını göstərməkdədirlər. Və bu gün bütün dünyanın Azərbaycanın uğurlarına, haqq işinə, Qələbə zəfərinə və nəhayət, AXC-Müsavat cütlüyünün satdıqları torpaqlarımızı “Dəmir yumruq” siyasəti ilə işğaldan azad olunan mədəniyyət mərkəzimiz Şuşamızda qardaş Türkiyə ilə imzalanan Şuşa bəyannaməsinə qısqanclıqla yanaşmaları, bir daha ermənidən pis erməni olduqlarını, növbəti dəfə xain və düşmən mövqeyində olduqlarını isbatladılar. Çünki bu satqınları qəbir də düzəldə bilmədi. 1992-1993-cü illərdən 28-29 il ötsə də, zaman və dövr dəyişsə də, dəyişməyən, yaxud dəyişmək istəməyənlər hələ də həmin dövrdə ilişib qalan satqın AXC-Müsavat bu gün də məqsədi xəyanət, düşmənçilik mövqeyidir. Çünki bu satqınlar Vətən müharibəsi zəfərini həzm edə bilmədikləri kimi, iyunun 15-də imzalanan, bütün dünyanın diqqət mərkəzində olan tarixi Şuşa Bəyannaməsi ilə bağlı siyasi partiyalar həmrəylik nümayiş etdirdi, ancaq yenə də bəyanatla bağlı həsəd apardığı AXCP-Müsavat əsl «simasını», xislətini nümayiş etdirdi. Bu, təəccüb də doğurmur. Çünki bu xəyanətkarlar Vətən müharibəsində əldə etdiyimiz zəfərlərimiz həzm edə bilməyərək Araik Arutunyan və digərlərini təbliğ etməklə, erməni dəyirmanına su tökmək xidmətlərini davam etdirdilər və bu gün də bu çirkin xislətlərinə əməl etməkdədirlər.

Həmçinin, siyasi partiyaların işğaldan azad olunmuş ərazilərimizə səfər etdikləri halda, Əli Kərimli və Arif Hacılı qoşulmağa cürət etmədi. Çünki bu gün o torpaqlarımızı satan AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə baş verib. Və AXCP və Müsavat Partiyası erməni vandalizminin, barbarlığının şahidi olmuş Ağdam rayonuna səfərdən imtina etmələrinə müxtəlif bəhanələr də gətirdilər. Arif Hacılı bildirdi ki, guya Ağdam səfəri siyasi oyunun tərkib hissəsidir və buna görə səfərdə iştirakdan, Ağdama digər siyasətçilərlə birlikdə getmək təklifindən imtina ediblər. AXCP-dən də bildirdilər ki, yerli insanların Ağdamdakı vəziyyətdən xəbəri var və ora səfər etmək mənasızdır. Çünki Əli Kərimli, Arif Hacılı və ətrafında olan satqınlar torpaqlarımızın işğaldan azad olunması faktı ilə barışa bilməyən erməni qulbeçələridir. Əli Kərimli, Arif Hacılı kimilər satqın erməni xislətli, zatıqırıqlardır. Bu zatıqırıq, ancaq Azərbaycanın ildırım sürəti ilə, bəli, ildırım sürəti ilə əsrlər boyu görünməyən Qələbə, inkişaf, özü də ildırım sürəti ilə uğurlarımızı görüb daxilləri iylənə-iylənə qalaraq sosial şəbəkələrdə çirkin əməllər sahibi olduqlarını xalqı mitinqə çağırışları edirlər. Həyasızlıq bu qədər? Hansı xalqı mitinqlərə çağırırsınız? Və bu gün 2021-ci il iyunun 15-də - tarixi Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi ilə bağlı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyətinin vacib əsası hesab edir və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduqları ilə bəyanata imza atdığı halda, yenə də AXCP-Müsavat kollektiv bəyanatla razılaşmayaraq imzasını atmadı.

Niyə?

48 siyasi partiya Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar bəyanat imzaladı. Müsavat başqanı Arif Hacılı isə hadisəyə facebook səhifəsində belə münasibət bildirib: “Türkiyə və Azərbaycanın ”üçüncü ölkədən təhlükə olarsa" bir-birini qoruması barədə Şuşa Bəyannaməsi, Şuşada Türkiyə baş konsulluğunun açılması qərarı, iki ölkə arasında imzalanan digər razılaşmalar Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm siyasi iradəyə əsaslanan yeni mərhələsidir. Xalqımız və dövlətlərimiz üçün xeyirli-uğurlu olsun".

AXCP sədri Əli Kərimli isə sosial şəbəkədə məsələyə bu cür münasibət bildirib: “Azərbaycan-Türkiyə hərbi ittifaqı nəhayət, rəsmiləşdi. Biz hər zaman belə bir ittifaqı zəruri saymışıq. Şuşa Bəyannaməsinə görə ”Azərbaycan və Türkiyənin hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə təcavüzün aradan qaldırılması məqsədilə... Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur".

Göründüyü kimi, istər Əli Kərimli, istər Arif Hacılı hər zaman hər şeylərini erməniyə verən əxlaqsızlıq mənbəyi olan bu satqınlar həmişə kimliklərini dönə-dönə göstəriblər. Belələri Azərbaycan dövlətinin qüdrətlənməsinə, dünyada söz sahibinə çevrilməsinə qarşı çıxış edən aşkar düşmənlərimiz - ermənilərin nökərləridirlər, daha doğrusu, ermənidən də pis ermənidirlər. Artıq bəsdir! Lazım olan zaman da çoxdan çatıb. Həmin zaman ki, belə xainlər barədə ciddi ölçülər götürülməli zamandır, özü də çox ciddi və bağışlanılmaz ölçü götürülməyin vaxtıdır!!!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə