Erməni radikalının NATO iddiası: Rusiya politoloqu ifşa etdi ANALİTİK
Vadim Truxaçov: “Bu, anqlosakson oyunlarıdır”
Ermənistanın parlament seçkilərinə qatılan ən radikal siyasi gücü – Milli demokratik qütbü (MDQ) bəyan edərək seçicilərinə vəd verib ki, siyasi təşkilat ABŞ-dan zəmanət alıb və ölkəsi NATO-nun xaricində əsas müttəfiqlərindən biri olacaq. Həmçinin, MDQ-nin baş nazirlik postuna namizədi Vaqe Qasparyan bildirib ki, erməni politoloqu Ara Papyan ABŞ-a səfəri zamanı (bu şəxs həm Ermənistanın, həm də Kanadanın ikili vətəndaşıdır və MDQ-ni dəstəkləyir) sözügedən məsələni yüksək rütbəli amerikalı məmurları və strukturları ilə müzakirə edib.

Bundan əlavə, “NATO-nun xaricində əsas müttəfiqi” (Major Non-NATO Ally, yaxud MNNA) yerini almaq çox çətindir. Buna misal olaraq Moldovanı göstərə bilərik. Bu ölkə həmin yeri tutmaq üçün 1992-ci ildən cəhdlər göstərir. Məhz bunu nəzərə alsaq, Ermənistanın həmin yerə ümumiyyətlə namizəd olmadığını deyə bilərik.
Rusiyalı politoloq: “İsrail, Cənubi Koreya, Yaponiya kimi ölkələr adıçəkilən quruma daxil olublarsa, Ermənistanın da orada yer alması mümkün görünmür”
SİA xəbər verir ki, mövzu ilə bağlı Rusiyanın dövlət humanitar universitetinin dosenti, politoloq Vadim Truxaçov caliber analitik informasiya mərkəzinə verdiyi müsahibəsində danışıb. Onun da sözlərinə görə, Birləşmiş Ştatların bu qeyri-rəsmi hərbi qurumuna daxil olmaq və müttəfiqlik adını əldə etmək asan deyil. O cümlədən, İsrail, Cənubi Koreya, Yaponiya kimi ölkələr adıçəkilən quruma daxil olublarsa, Ermənistanın da orada yer alması mümkün görünmür. Bunu iddia edənlər isə, sadəcə, öz arzularını reallıq kimi ictimai rəyə sırımağa çalışırlar.
Daha bir iddia: “Erməni siyasətçisinin bənzər bəyanatları seçkiqabağı oyunbazlıqlardır və nəyə görəsə Rusiyaya qarşı qəzəbli olan seçicilərinə müsbət təsir etmək cəhdidir”
Vadim Truxaçov MDQ-nin Ermənistanın baş nazirlik postuna namizədi Vaqe Qasparyanın Qarabağdakı Rusiya hərbçilərini sülhməramlı hesab etməməsini onların beynəlxalq mandata sahib olmamaları ilə əlaqələndirməsi iddiasına da cavab verərək deyib ki, bu kimi fikirlər səsləndirilsə də, istər Ermənistan, istərsə də Azərbaycan onları sülhməramlı olaraq qəbul edir. Bu baxımdan, erməni siyasətçisinin bənzər bəyanatları seçkiqabağı oyunbazlıqlardır və nəyə görəsə Rusiyaya qarşı qəzəbli olan seçicilərinə müsbət təsir etmək cəhdidir.
Sübut: “Vaşinqton arzu edir ki, həm Ermənistan, həm də Azərbaycan Rusiya ilə yola getməsin”

Rusiyalı politoloq Vaqe Qasparyanın ABŞ tərəfindən Skandinaviya ölkələrinin sülhməramlılarının Qarabağa yerləşdirilməsi təklifi vermələri ilə bağlı fikirlərinə də münasibətini açıqlayıb. Məlum olub ki, ABŞ belə bir təkliflə çıxış etmişdi, ancaq bir neçə Skandinaviya ölkələrinə bununla bağlı suallar veriləndə onlar bu məsələni ilk dəfədir ki, eşitdiklərini deyiblər.
“Bilirsiniz, mən bunun doğru olduğunu istisna etmirəm və ABŞ belə də davam edəcək. Lakin ABŞ-ın bu məsələdə bir əsas məqamı var – Rusiyanı Cənubi Qafqazdan sıxışdıraraq çıxarmaq, ya da əsaslı dərəcədə zəiflətmək. Amma bunu kimin üzərindən etməsi elə də əhəmiyyətli deyil. Vaşinqton arzu edir ki, həm Ermənistan, həm də Azərbaycan Rusiya ilə yola getməsin. Bu, anqlosakson oyunlarıdır”, rusiyalı politoloq qeyd edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB