"Nikol vida görüşünə hazırlaşır" NAİRA ZÖHRABYAN

"Nikol vida görüşünə hazırlaşır" NAİRA ZÖHRABYAN

“Artıq dövlət sistemində hərbi “həyəcan siqnalı” elan olunduğuna dair çoxsaylı siqnallar var və bu gün hamı Nikol Paşinyanın vida mitinqində iştirak etməlidir.” SİA xəbər verir ki, bu sözləri erməni millət vəkili Naira Zohrabyan öz Facebook səhifəsində yazıb.

O, qeyd edib ki, dövlət sistemində SOS vəziyyəti elan edilib, həyəcan təbili çalınıb.

“Regional məktəblərdən olan uşaqların, yay ekskursiyaları bəhanəsi ilə, vaxtı keçmiş, tarixi eksponatı, Nikol Paşinyanı görmələri və onun mitinqində iştirak etmələri üçün paytaxta gətiriləcəkləri barədə məlumatlar daxil olub. Bu gün yola salınmaqda olan Nikola yalnız izdihamlı bir mitinqin görünüşü olan fotoşəkil lazımdır. Nikol, bir neçə avtomobillə ərazilərə gedib nə isə əldə etməkdə uğursuz olduğunu və işi-gücü olan insanların bu mənzərəni, bu şəkil görüntüsünü təmin edə bilmədiyini çox yaxşı başa düşür.

Nikol, keçmiş seçicilərini bu gün geri qazanmaq üçün "son gücünü" sərf etməyə çalışır və Respublika Meydanını inzibati resurslarla, eləcə də onun pulu ilə cürbəcür səslər çıxaran qadınlarla məcburi şəkildə doldurmaq niyyətindədir. Paşinyan üçün bu gün izdihamlı mitinq artıq nostaljidir. O, belə bir mitinqin oxşarını da olsa bacardığı hər hansı bir şəkildə əldə etməyə çalışacaq. Sadəcə olaraq, bu mitinqdə nəyin bahasına olursa olsun say toplamağa çalışır və bu zaman uşaqlardan da istifadə etmək qərarındadır. Çox güman ki, Nikol vida görüşünə hazırlaşır”, deyə Naira Zohrabyan öz sosial şəbəkə hesabında yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə