Patrul işçilərinin İrəvanda görünəcəyi gün BƏLLİ OLDU

Patrul işçilərinin İrəvanda görünəcəyi gün BƏLLİ OLDU

İlk patrul zabitləri İrəvan küçələrində onsuz da iyul ayında görünəcək. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri ədliyyə nazirinin müavini Kristine Qriqoryan, cümə axşamı günü keçirilən hökumət iclasında söyləyib.

O, ölkədə yeni bir patrul xidmətinin tətbiq olunduğu bir polis islahatı proqramının 2020-ci ilin aprelində təsdiq olunduğunu xatırladıb. Onun sözlərinə görə, işə qəbul, nəzəri və praktiki təlimlə, texniki avadanlıqlarla aparılıb.

"Hazırda işçilər üçün təhsil proqramı artıq tamamlanmaqdadır və plana əsasən, iyul ayından etibarən polisi əhəmiyyətli dərəcədə dəyişdirəcək yeni bir xidmətin istifadəyə verilməsi planlaşdırılır", deyə nazir müavini bildirib.
Xatırladaq ki, Ermənistan hökuməti 23 aprel 2020-ci il tarixində Daxili İşlər Nazirliyinin qurulacağı 2020-2022-ci illər üçün polis islahatı strategiyası və fəaliyyət proqramını təsdiqləyib. Təşəbbüs bir patrul xidməti və əməliyyat mərkəzinin tətbiqi üçün hüquqi əsas verir. Bu funksiyalar indi Yol Polisi nümayəndələri tərəfindən həyata keçirilir.
Diqqətə çatdıraq ki, 3 iyun 2020-ci il tarixində parlament "Polis haqqında" qanuna əlavə və dəyişikliklər layihəsini təsdiqləyib, ona görə yeni bir patrul xidməti yaratmaq üçün üç il ərzində hüquq mühafizə sistemi islah ediləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə