Ermənistanı 70 min nəfər tərk edib BİRİNCİ RÜBDƏ

Ermənistanı 70 min nəfər tərk edib BİRİNCİ RÜBDƏ

Ermənistanı tərk edənlərin sayı bu ölkəyə qayıdanların sayını üstələyir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Statistika Komitəsinin sədri Stepan Mnasakanyan hökumət iclasından sonra jurnalistlərə açıqlama verərkən söyləyib.

Onun sözlərinə görə, 2021-ci ilin birinci rübündə Ermənistanı təxminən 70 min nəfər tərk edib.

Ermənistan Statistika Komitəsinin Milli Təhlükəsizlik Xidmətinin elektron məlumat bazasından (sərhəd keçidinə dair məlumatlar) əldə etdiyi məlumatlara görə, birinci rübdə Ermənistanı tərk edənlərin sayı, təxminən 70 min nəfər olmaqla, ölkəyə qayıdan şəxslərin sayını keçib.

Xatırladaq ki, bu il Rusiya ilə müntəzəm sərnişin dövriyyəsi bərpa olunduqdan sonra Ermənistandan xeyli sayda vətəndaş ölkəni tərk edib. Görünür, Ermənistan vətəndaşları bu ölkədə acınacaqlı vəziyyətdən bezərək öz yerlərini tərk edirlər. Belə getsə tez bir zamanda işğalçı ölkədən xaricə axın qarşısıalınmaz həddə çatacaq və əbəs yerə deyil ki, səlahiyyətlilər həyəcan təbili çalırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə