“Azərbaycan bütün addımları hüquqa arxalanaraq atır” POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan bütün addımları hüquqa arxalanaraq atır” POLİTOLOQ ŞƏRH ETDİ

Cinayətlərdə birbaşa olaraq iştirak etməyən diversantların bir hissəsi Ermənistana təhvil verilibdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloqun sözlərinə görə, bu, yəni cinayətlərdə birbaşa olaraq iştirak etməyən diversantların bir hissəsinin Ermənistana təhvil verilməsi, həm humanizm addımı kimi, eyni zamanda beynəlxalq vasitəçilərin xahişləri, yaxud Ermənistanın bu addımların qarşılığında hərhansısa bir konkret addımın həyata keçrilməsi müqabilində baş veribdir.

“Saxlanılan erməni diversantları arasında barələrində cinayət işi açılanlar var, hansıki onların işi ilə əlaqədar məhkəmə gedir. Əlbəttə ki, ancaq məhkəmə bitdikdən, hökm oxunduqdan sonra, onların hərəkətlərinə hüquqi qiymət veriləndən sonra, onların hansı maddəni pozduqları, hansı cinayəti törətdikləri bəlli olacaq. Daha sonra hökm oxunacağı təqdirdə onlar müvafiq qaydada məsuliyyətə cəlb olunacaqlar. Bu müddət ərzində artıq onların geri qayıtması üçün Ermənistandan diplomatik əlaqələr qurulmalıdır. Bu diplomatik münasibətlər qurulandan sonra müəyyən vaxt keçəcək və ekstradisiya haqqında saziş imzalanandan sonra yalnız onlar Ermənistana təhvil verilə bilər. Yaxud üçüncü dövlət vasitəsi ilə də onlar Ermənistana ötürülə bilər. Yəni, yenə də, Azərbaycan necə ki, müharibədən öncə, müharibə dövründə və post-müharibə dövründə olduğu kimi, yenə də bütün addımları beynəlxalq hüquqa, hüquqi normalara söykənərək, arxalanaraq atır və buna qarşı da heç bir dövlət hərhansısa bir tənqidi fikir səsləndirə bilməz”, deyə politoloq Fərhad Məmmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə