"Azərbaycanın hər zaman məqsədi olub" - DEPUTAT AÇIQLADI

"Azərbaycanın hər zaman məqsədi olub" - DEPUTAT AÇIQLADI

“Hər zaman Ermənistanın Azərbaycana qarşı olan təcavüzü, Azərbaycanın milli-mədəni dəyərlərinin məhv edilməyi, yəni işğal altında olan torpaqlardan 60-dan artıq ərazilər yerlə-yeksan edilib və bununla bağlı İslam Əməkdaşlıq Təşkilatını məlumatlandırmaq, erməni vandalizminin törətdiyi cinayətlərlə bağlı digər beynəlxalq təşkilatları da xəbərdar etmək çox vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti tərəfdaşlıq və əməkdaşlıq əsasında qurulub: “Azərbaycan ümumbəşəri dəyərləri qurmaq üçün bu istiqamətdə mövqeyini möhkəmləndirir. Bu istər başqa hərəkatlarda, istərsə də İslam Əməkdaşlıq Təşkilatında hər zaman belə olub”.

Asim Mollazadə sözlərinə belə davam edib: “Azərbaycanın beynəlxalq hüquq normalarına hörməti və bir sıra ölkələri məhz bu standartlarla hüququn aliliyi sistemində hərəkət etməyə məcbur etdiyi üçün beynəlxalq təşkilatların böyük rolu var. Həmçinin, İslam dünyasının mədəniyyətini qorumaq üçün əməkdaşlıq, yeni texnologiyaların, elmi yüksək nailiyyətin və təhsilin inkişafına diqqəti üçün əməkdaşlıq etmək Azərbaycanın hər zaman məqsədi olub. Bu istiqamətdə əməkdaşlıq davam etdirilir və Azərbaycan tarixən öz işıqlı yolunu İslam Əməkdaşlıq Təşkilatı ilə bölüşərək hər kəsi əməkdaşlığa dəvət edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə