Biz işğaldan azad olunan ərazilərdə yeni bir Qarabağ ərsəyə gətirəcəyik - Ərdoğan

Biz işğaldan azad olunan əraziləri yenidən inşa edərək yeni bir Qarabağ ərsəyə gətirəcəyik.

SİA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını 30 il məhv edənləri görməyənlər, Azərbaycanın azadlıq mücadiləsini əngəlləmək üçün səfərbər olanlar indi gəlib Füzulini, Qarabağı görsünlər: "Hər şey ortadadır. Dünən oraların halını gördük. Azərbaycanlılar 30 il öncə Qarabağdan çıxmaq məcburiyyətində qaldıqda heç bir evi yandırmadılar, çünki insan öz evini yandırmaz, ancaq ermənilər oralardan gedəndə hər şeyi yandırdılar, çünki oralar onların vətəni deyildi. Ancaq biz oraları yenidən inşa edərək yeni bir Qarabağ ərsəyə gətirəcəyik".

"Şuşa bu gün öz mədəniyyəti ilə ayağa qalxır. Cıdır düzündə təşkil edilən Xarıbülbül festivalı dünyaya verilən açıq bir mesaj idi. Şuşanın gələcəkdə türk dünyasının paytaxtı olmasını görməkdən məmnun olarıq. Dünyanın 4 tərəfindən olan türk sənət adamlarının Şuşaya gəlməsi Şuşaya gözəl bir salam olardı" - deyə, Ərdoğan əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...