"Erməni xalqına “küçə sərxoşu” və “cibgir” rəhbərlik edir" DAŞNAQSÜTYUN BƏYAN ETDİ

"Erməni xalqına “küçə sərxoşu” və “cibgir” rəhbərlik edir" DAŞNAQSÜTYUN BƏYAN ETDİ

Maraqlıdır ki, Ermənistan bayrağı günü Azərbaycan və Türkiyə prezidentləri Şuşani ziyarət edirlər, lakin Paşinyan buna reaksiya vermir, əksinə, Daşnaksütyun partiyasının bayrağını yandırmaq istəyindən danışır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Daşnaksütyun üzvü, "Ermənistan" bloku siyahısında ikinci şəxs olan İşxan Saqatelyan 15 iyun tarixində Artaşatda seçiciləri və tərəfdarları ilə görüşündə söyləyib.

Eyni zamanda, Saqatelyan əlavə edib ki, bütün erməni xalqının hüquqlarının qorunması üçün mübarizəsini davam etdirəcəkdir. O, qeyd edib ki, bu gün çox sayda oğul dünyaya gətirən erməni xalqına hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın simasında "küçə sərxoşu" və "cibgir" rəhbərlik edir.

“Yenidən əlində çəkiclə erməni xalqını, ermənini təhdid edir. Bu, bir türkün qarşısında diz çökmüş və üç il ərzində Azərbaycan Prezidenti İlham Əliyevə bircə dənə sərt söz deyə bilməyən bir adamdır. Qorxaqdır. İndi yenidən bizi təhdid edir”, deyə Saqatelyan bildirib.

Xatırladaq ki, Sünikdəki öz təbliğat-təşviqatı zamanı Paşinyan bəyan edib ki, Azadlıq Meydanında Türkiyə bayraqlarını yandırmağa vərdiş edən Daşnaqsütyun üzvləri, Poqos Poqosyanın qatilinə səs verməklə, Daşnaksütyun bayrağını bütün ermənilərin gözü qarşısında özləri yandıracaqlar. Görünür, hələ də Ermənistanda gərginlik hökm sürür və seçki günü yaxınlaşdıqda bu gərginlik böyük sürətlə artır. Bu ölkənin eks-prezidenti Robert Koçaryan belə özü də müşahidələrinə əsaslanaraq etiraf edir ki, seçkidən sonra vətəndaş müharibəsi qaçılmazdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə