Seçkilərdən sonra sərt toqquşmaların olacağı barədə PETROSYAN XƏBƏRDARLIQ ETDİ

Seçkilərdən sonra sərt toqquşmaların olacağı barədə PETROSYAN XƏBƏRDARLIQ ETDİ

Ermənistanda seçkilərdən sonra toqquşma ehtimalı var. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti, Erməni Milli Konqres Partiyasının lideri Levon Ter-Petrosyan təkrar olaraq dilə gətirib.

“Həqiqətən misli görünməmiş bir kampaniya müşahidə edilir. Heç vaxt bu cür nifrət, təhqir dolu çıxışlar olmayıb. Kəskin siyasi qiymətləndirmələr olub, amma belə bir səviyyədə yox. Ancaq bunlar hələ qığılcımlardır. Bunun ağır nəticələrini seçkilər zamanı və sonrasında görəcəyik”, deyə Robert Koçaryan bəyan edib.

Ter-Petrosyana görə, iqtidar və müxalifət, maliyyə, inzibati və cinayət olmaqla nəhəng təsir gücünə, rıçaqlara malikdir.

“Onlar hər şeyi edəcəklər. Bu, onlar üçün ölüm-dirim məsələsidir. Seçkilər zamanı müəyyən həddə toqquşmalara qədər, sonra isə daha kəskin toqquşmalar mümkündür”, deyən eks-prezident, hər iki tərəfin seçkidən sonra mitinqlər planlaşdırdığını xatırladıb.

O, yeni parlamentin tərkibinin vacibliyini qeyd edib.

"Birlikdə olmasalar, Ermənistan dövlətinin parçalanması bundan sonra dayandırıla bilməz", deyə Levon Ter-Petrosyan əlavə edib.

Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçkilərdə 21 partiya və 4 blok iştirak edir. Hazırda erməni cəmiyyətində məhz bu seçkiyə, seçki kompaniyasına görə gərginlik müşahidə olunur. Görünür, elə bu müşahidələr sayəsində eks-prezident daha sərt toqquşmalar olacağı barədə xəbərdarlıq edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə