"Aİ və ABŞ Ermənistan və Azərbaycan arasında etimadı möhkəmlədən tədbirləri dəstəkləyir" Şarl Mişel

Aİ və ABŞ Ermənistan və Azərbaycan arasında etimadı möhkəmlədən tədbirləri dəstəkləyir.

SİA-nın məlumatına görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ və Aİ sülhün bərqərar olması üçün addımlar atır və bu onların bir olduğu məsələlərin nümunələrindən biridir.

“Regional münaqişələri həll etmək üçün birlikdə çalışırıq. Birlikdə qlobal və regional təhlükəsizlik problemlərini həll edə bildik”, - Ş.Mişel paylaşımında yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə