"Danışıqlar üçün qapını açıq qoymalıyıq" KOÇARYANIN ETİRAFLARI

“Erməni tərəfi düşüncəsiz hərəkətləri ilə müharibəni təhrik etdi”. SİA xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti eyni zamanda bu düşüncəsiz hərəkətlərə Paşinyanın Şuşadakı andiçmə mərasimini də əlavə edib və barədə Rusiyaya məxsus RİA Novosti Agentliyinə, RT və Sputnik Armeniaya verdiyi müsahibəsində söyləyib.

Müsahibəsi zamanı Koçaryan etiraf edib ki, 44 günlük müharibə zamanı Ermənistanın Dağlıq Qarabağın guya müstəqilliyini tanıması, onların maraqları baxımından heç nəyi dəyişməzdi. Onun sözlərinə görə, müharibə zamanı belə axmaq fikirlərə düşməkdənsə, bir az vuruşmaq, əvəzində hər şeyi qoyub qaçmamaq lazım idi.

“Düşünmürəm ki, bu, heç nəyi dəyişməzdi. Müharibə yaratmamaq üçün Dağlıq Qarabağın müstəqilliyini tanımadıq. Baxın, səlahiyyətlilər nə etdi? Hakimiyyət orqanları problemi öz müqəddəratını təyinetmə müstəvisindən Azərbaycanın ərazi bütövlüyü müstəvisinə keçirdi. Şüurlu və ya ağılsızca oldu, ya olmadı fərqi yoxdur, bu edildi və bununla da, hərbi əməliyyatlar qanuniləşdirdi”, deyə keçmiş dövlət başçısı bildirib.

Rusiya mətbuatında qeyd olunur ki, Koçaryan, erməni tərəfinin düşüncəsiz hərəkətləri ilə müharibəni təhrik etdiyinə əmindir və onsuz da üstündən keçməməli olduğu şeylərin varlığı barədə düşünür.

“Açılış mərasimini Şuşadə keçirməyə ehtiyac yox idi. Şuşanin çox həssas bir mövzu olduğunu başa düşürlər. Elə şeylər var ki, üstündən keçməyə ehtiyac yoxdur, çünki danışıqlar yolu ilə bir nəticəyə gələ biləcəyinə ümid qoymursan. Biz də, mən və ya əvvəlki və ya sonrakı prezidentlər alqış qazana bilər, bir səs-küylə qəbul ediləcək bəzi şüarlarla çıxış edə bilərik”, deyə Robert Koçaryan müsahibəsi zamanı fikirlərini yekunlaşdırıb.

Rusiya mətbuatı yazır ki, Koçaryan əvvəlki səlahiyyətlilərin hər şeyin o qədər də sadə olmadığını və danışıqlar prosesi üçün qapının açıq qalması lazım olduğunu başa düşərək bunu etmədiklərini qeyd edib. Bildirilir ki, üstəlik, Koçaryana görə, normal bir qərarla erməni tərəfi güzəştə getməyə hazır olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...