Ulu Öndərin yaratdığı müasir Azərbaycan hər birimizin qürur mənbəyidir - Şura Sədri MÖVQE BİLDİRDİ
"Azərbaycanın fəlakətli dövründə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz anarxiya və parçalanmadan, milli dövlətçiliyimizin məhv olma təhlükəsindən, erməni qəsbkarlarının genişmiqyaslı işğalından xilas etdi". Bu fikirləri SİA-ya açıqlamasında Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri, Qadınlar Şurasının sədri Günah Ağamalı deyib.
O, söyləyib ki, xatirimdədir, o zaman mənim 10 yaşım var idi: "Atam proseslərin tam içərisində olduğuna görə mən AzTV və ANS TV-ni diqqətlə izləyirdim. Bir tərəfdən erməni işğalının törətdiyi ağır nəticələr - şəhid, köçkün, itkin xəbərləri, başqa tərəfdən isə daxili parçalanma, ərzaq qıtlığı, çörək çatışmamazlığı kimi acınacaqlı vəziyyət hökm sürürdü. Bir sözlə, Azərbaycan ağır günlərini yaşayırdı. Belə bir ağır durumda ümidsiz qalan xalqımız vəziyyətdən çıxış yolunu yalnız Ümummilli Liderimiz Heydər Əliyevin Bakıya qayıtmasında görürdü. Ən çətin məqamlarda xalqımızın çağırışına səs verən və Azərbaycanın taleyinə biganə qalmayan xalqımızın nadir tarixi şəxsiyyətlərindən olan Heydər Əliyev 09 İyun 1993 - cü ildə Bakıya gəldi və İyun ayının 15 - də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Və beləliklə, 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndərimizin hakimiyyətə gəlişi ilə Azərbaycan böyük faciələrdən xilas oldu və milli dövlətçiliyimizin təməl daşı qoyuldu. Ümummilli Liderimiz Heydər Əliyevin gərgin əməyi ilə pərdə arxası bütün oyunlara son qoyuldu və Azərbaycanda dövlət quruculuğuna start verildi, Konstitusiyamız qəbul edildi və milli dövlətçiliyimizin əsası olan hüquqi, siyasi, iqtisadi və sosial islahatlar həyata keçirildi, dünya iqtisadiyyatına inteqrasiyası yolunda ciddi addımlar atıldı, aparıcı dövlətlər və Beynəlxalq təşkilatlarla yüksək səviyyədə əlaqələr quruldu. Məhz bu təməl üzərində Azərbaycanımız artıq dünyada ciddi söz sahibinə çevrilən ölkələrdən biridir".
G.Ağamalı vurğulayıb ki, Ulu Öndərimizin "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" sözləri andımıza çevrilib: "Onun yaratdığı müasir Azərbaycan hər birimizin qürur mənbəyidir! Bu gün düz 28 il sonra böyük şərəf və qürurla Türk dünyasının Liderləri Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan və Ölkə başçımız Cənab İlham Əliyev Şuşada birlikdə bu tarixi günü yaşayırlar. Taleyin qisməti ilə Ulu Öndərimizin vəsiyyətini layiqincə yerinə yetirən Cənab Prezident İlham Əliyev bu günki 15 İyun 2021-ci il tarixi ilə Azərbaycan tarixinə qızıl rəqəmlərlə daha bir tarix yazdı. Bu tarix əbədi olmaqla yanaşı düşmən üzərində Zəfərimzin daha bir sarsıdıcı zərbəsi oldu. Xilaskarlıq missiyasını olduqca uğurla icra edən Ali Baş Komandan Cənab İlham Əliyev Azərbaycanın qüdrətli, yenilməz və sarsılamaz bir ölkə olduğunu həm düşmənə, həm də onun havadarlarına isbat etdi. Böyüməkdə olan Azərbaycan nəsli başı dik, məğrur ölkənin vətəndaşları kimi öyünəcək, qürur və fəxrlə Azərbaycanımızı dünyada təmsil edəcəklər. Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edirəm. Şərəf və Şanlı Tariximiz Mübarək!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB