Yaxşı və pis günlərdə Azərbaycanla birlikdə olmağa davam edəcəyik Türkiyə MN

Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter"dəki səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.

SİA-nın xəbərinə görə, paylaşımda deyilir:

“Qardaş ölkə Azərbaycanın Milli Qurtuluş Gününü təbrik edir və nəcib Azərbaycan xalqını ürəkdən salamlayırıq. “Bir millət, iki dövlət” şüarı ilə pis və yaxşı günlərdə birlikdə olmağa davam edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə