Bayden-Putin görüşü regiona nə vəd edir? - PARTİYA SƏDRİ ŞƏRH ETDİ
“ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin görüşündən sonra hər hansı ölkə arasında mövcud olan münasibətlərdə ciddi bir dəyişiklik gözləmirəm”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, ABŞ şimal axını ilə əlaqədar Rusiyaya demək olar ki, dəstək verib: “Belə ki, ABŞ bu layihəni həyata keçirən şirkətlərə qarşı sanksiyaları dayandırıb. İki ölkə arasında ən əsas kəskin vəziyyət Ukrayna ilə bağlıdır. Rusiya Ukrayna ilə sərhəddən öz hərbi qüvvələrini müəyyən qədər geri çəkib. Lakin digər başqa məsələlərdə bu görüşdən sonra ciddi dəyişikliklər gözləmirəm”.
A.Mollazadə vurğulayıb ki, ABŞ, Rusiya ilə Çin münasibətlərindən bir qədər narahatdır: “Çünki ABŞ Çini özü üçün əsas təhlükə hesab edir və Rusiyanın Çinlə əməkdaşlığından narahatdır. Fikrimcə, yaxın müddətdə bu ölkələr arasında dünyanın digər bölgələrindəki məsələlərlə bağlı prinsipial dəyişiklik gözlənilmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB