Paşinyan yenə də rəqiblərini hədələdi İRƏVANDA YÜRÜŞ KEÇİRİLİB

Paşinyan İrəvanda yürüş keçirib və yenə də rəqiblərini asfaltın üstünə "sərmək" ilə hədələyib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, Ermənistanın baş naziri vəzifəsini icra edən, hakim Mülki Müqavilə Partiyasından baş nazirliyə namizədi Nikol Paşinyan İrəvanın Şenqavit inzibati bölgəsində yürüş keçirib.

Məlumatda qeyd olunur ki, yürüşdə onun tərəfdaşları, Milli Məclis sədri Ararat Mirzoyan, vitse-spiker Alen Simonyan, müvəqqəti Ərazi İdarəetmə və İnfrastruktur naziri vəzifəsini icra edən Suren Papikyan Ekologiya naziri Romanos Petrosyan, iş adamı Xaçatur Sukiasyan, Paşinyanın qızı və oğlu iştirak ediblər.

“Yalnız bu gün seçki ilə əlaqədar “qarışdırma” ilə məşğul olmağa çalışanların gələcəyi yoxdur. Hər kəsi xəbərdar edirəm ki, hər şeyi, hər kəsi asfaltın üstünə sərərik. Bu gündən etibarən məşq edin”, deyə Paşinyan yürüş zamanı rəqiblərini hədələyib.

Qeyd edək ki, Paşinyanı çox sayda təhlükəsizlik işçisi və polis zabiti müşayiət edib və əslində, onu mühasirəyə alıblar.

Ermənistana məxsus 168.am məlumat yayıb ki, “yürüş adlanan tədbir zamanı Paşinyanı çox sayda polis və “qırmızı beretlilər”, habelə, bölgəyə səfəri zamanı onu müşayiət edən mülki geyimli təhlükəsizlik işçiləri mühasirəyə alıb və müşayət ediblər.

“Paşinyanın polis tərəfindən mühasirəyə alınmasına əlavə olaraq, hər 5 metrdən bir hüquq-mühafizə orqanlarının əməkdaşları dayanmışdılar. Ermənistana məxsus168.am saytının video kamerası yürüş zamanı maraqlı bir hadisəni qeydə alıb. Belə ki, 108UU01 dövlət nömrə nişanlı bir avtomobildə oturmuş snayperlər, şübhələndikləri bir şeyi gördükləri üçün bir binaların yuxarı mərtəbələrinə baxmağa başlayıblar. Avtomobildə silahlar olduğu və bu silahların hazır vəziyyətə gətirildiyi, hərəkət edildiyi də kameralara düşüb. Bundan sonra Paşinyanın yürüşünün istiqamətini dəyişib və sağ tərəfə döndərilib. Çox güman ki, gözlənilməz və nəzərə alınmayan bir vəziyyət yaranıb", deyə sözügedən mətbuat səhifəsi qeyd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə