"Milli Qurtuluşa gedən yol" FOTOLAR

Bu mövzuda YAP Xızı rayon təşkilatı İdarə heyəti geniş tərkibdə onlayn tədbir keçirib

Keçirilən tədbirdə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, xalqımızın həyatında bu günün böyük tarixi əhəmiyyəti və 1993-cü ildə ölkəmizdə yaranmış vəziyyətlə bağlı geniş məlumat verib. O, qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür: "Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olmuşdur. Tale elə gətirib ki, 1991-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi xatırlanır. Həmin dövrdə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Xalq Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb edirdi. Bu müraciətləri nəzərə alan dahi rəhbər Bakıya qayıtdı. Bu qayıdış xalqın istəyi, tarixi zərurət idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin təhlükələrdən xilas olacağına inamı artırdı".

Qurtuluş məfkurəsinin Azərbaycanın uğurlu inkişafının ideya əsası olduğunu deyən F.Haqverdiyev bildirib ki, ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub. Dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışan rayon sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açıb, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilib. Qeyd edib ki, ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb: «Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də canının, qanının bir parçası olan, gələcəyinə özü qədər inandığı ölkə başçısı və YAP-ın sədri, hər bir Azərbaycanlının Prezidenti olmağı bacaran İlham Heydər oğlu Əliyev oldu. Ulu Öndər heç vaxt yanılmırdı. İllərin zəngin təcrübəsi, gələcəyi çox dəqiq görmək qabiliyyəti, dərin zəkası ona hər zaman düzgün qərar çıxarmağı öyrətmişdi. Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı ilk gündən 2003-cü ilin oktyabrından daim Heydər Əliyev siyasi kursuna sədaqətini nümayiş etdirmiş, xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmuşdur. Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini formalaşdırdı. Qabaqcıl ölkələrin təcrübəsini öyrənməklə öz tarixi ənənələrinə, yerli imkanlarına və xüsusiyyətlərinə uyğun gələn yeni, daha müasir model hazırladı. Bu model cənab İlham Əliyevin “Düşünülmüş sürətli və davamlı” inkişafı konsersiyasına əsaslanır. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ümummilli liderimizin siyasi xəttini yeni tarixi çağırışlara uyğun olaraq daha da zənginləşdirən və ardıcıllıqla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müqəddəs arzu artıq reallığa çevrilməkdədir. Biz hamımız fəxr edirik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz 44 günlük vətən müharibəsində torpaqlarımızı işqaldan azad etdi, mənfur düşməni yerində oturtdu. Müzəffər Ali Baş komandanın rəhbərliyi altında həyata keçirilmiş “Dəmir yumruq” əməliyyətı nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu».

Məruzə ətrafında İdarə heyətinin üzvülərindən Bəhdaş Nəbiyev, Xatirə Həşimzadə, Svetlana Rüstəmova və digərləri Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıblar, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırıblar.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə